Kəskin ayaq qoxusunu nə yox edir?
Bizi izləyin

Tabloid.az

Kəskin ayaq qoxusunu nə yox edir?

Kəskin ayaq qoxusunu nə yox edir?

Ayaqdan pis iyin gəlməsi çox aktual problemdir. İctimai yerlərdə və qonaq gedəndə ayaqqabıları soyunarkən yayılan pis qoxu adamın özünü və ətrafdakıları çox narahat edir. Bu səbəbdən, çox vaxt gözlənilmədən çağrıldığımız qonaqlıqlardan da imtina etməli oluruq.

Əgər bununla mübarizə aparılmasa, bu iy sizi hər yerdə müşayiət edəcək və ətrafdakılarla münasibətinizi korlayacaq. Ayaqlarınızı hər zaman yuduğunuza, onlara qulluq etməyinizə baxmayaraq, pis qoxu gəlməyə davam edirsə, onunla necə mübarizə aparmalı? Nə etmək lazımdır?

Ayaqların altında bakteriyaların çoxalması üçün münbit şərait var. Tər və ölü dəri ilə qidalanan həmin bakteriyaların ifrazatı ayaq, corab və ayaqqabılara spesifik xoşa gəlməyən iy verir. Ayaqlar tərlədikcə, kəskin iy güclənir. Ayaqda göbələyin olması isə qoxuların kəskinliyini xüsusilə artırır.

Tabloid.az Türkiyə mətbuatına istinadən ayaq qoxusundan xilas edən üsulları təqdim edir:

Ayaqlarınızı hər gün sabunla yuyun

Ayaq qoxusuna qarşı mübarizədə ən birinci ayaq gigiyenasını vərdiş halına gətirmək lazımdır. Ayaqlarınızı hər gün, səhər-axşam ilıq suyla, antibakteriyal və ya göbələk önləyici sabun istifadə edərək yuyun. Göbələk əmələ gəlməsini əngəlləmək üçün yaxşıca silin. Çünki ayaq göbələyinin ən mühüm səbəblərindən biri ayaqları yuduqdan sonra kifayət qədər qurulamamaqdır.

4 çay qaşığı duzlu suyla yuyun

Əgər ayaqlarınız çox tez-tez nəmlənirsə, qurutmaq üçün duzlu su ilə yuyun. Axşam evə gələndən sonra 4 stəkan suya 4 çay qaşığı duz əlavə edin. Sonra bu qarışığı bir ləyənə boşaldın və ayaqlarınızı 15 dəqiqə bu suda saxlayın. Təmiz və pambıq dəsmalla yaxşıca qurudub, corabları geyinin.

Çay və ya yemək sodasından faydalanın

Gün ərzində çay içərkən istifadə etdiyiniz çay paketlərini atmayın. Günün sonunda bir litr ilıq suya 4-5 ədəd yaşıl və ya qara çay paketlərini qoyub, ayaqlarınızı bu suda saxlayın. Sonra ayaqları silib corablarınızı geyinin. Nizamlı tətbiq etdikdə ayaq qoxusunun azaldığını görəcəksiniz.

Ayaq qoxusundan xilas olmaq üçün yemək sodasından da istifadə edə bilərsiniz. Bir ləyənə ilıq su əlavə edib, içinə 2 xörək qaşığı soda atın. Ayaqlarınızı 15 dəqiqə ərzində suda saxlayın. Bu üsulu 1 ay hər axşam həftədə 2 gün yerinə yetirin

Sirkə də olduqca təsirlidir

Ayaq qoxusunun aradan qaldırılmasında sirkə də olduqca təsirlidir. Sirkədəki turşular bakteriyaların yaşaması üçün əlverişli olan münbit şəraiti məhv edir. Bunun üçün ləyəni 2 litrə qədər ilıq su ilə doldurun, daha sonra 2 stəkan sirkə əlavə edin. Ayaqlarınızı bu qarışıqla 10-15 dəqiqə saxlayın. Daha sonra ayaqlarınızı sabunla yuyun və yaxşıca silin. Bu üsulu həftədə bir etmək lazımdır.

Adaçayı yarpaqlarını ayaqqabılarınıza səpin

Adaçayı yarpaqları qoxunu aradan qaldırmaq xüsusiyyətinə sahibdir. Bunun üçün adaçayı yarpaqlarını bir gecə əvvəlcədən geyinəcəyiniz ayaqqabının içinə səpin

Corablarınıza karbonat tökün

Natrium karbonat, yəni, mətbəxdə istifadə etdiyimiz soda ayaqlardakı qoxuya səbəb olan bakteriyaları məhv edir və ph səviyyəsini tarazlaşdırır. Corablarınızı geyinməzdən əvvəl içinə bir az karbonat tökün.

Sprey və ya qoxu önləyici kirşan sıxın

Ayaqlarınıza və ayaqqabı içinə antibakteriyal sprey və ya qoxu önləyici kirşan vurun. Axşam evə gəldikdən sonra ayaqqabılarınızın içinə, xüsusən, ön hissəsinə doğru sprey və ya kirşan sıxın. Bundan sonra onları bir neçə saat açıq havada saxlayın.

Ayaqlarınıza müntəzəm qulluq edin

Ayaq barmaqaraları və dabanlara müntəzəm qulluq edin. Barmaqaralarında, dabanlarda soyulma, iynə ucu kimi su toplayan qabarcıqlar və göbələk infeksiyasının əlamətləri müşahidə olunduqda dermatoloqa müraciət edin.

Hədsiz qoxu gəlirsə, mütləq müalicə alın

Ayaqların həddindən artıq tərləməsi ayaq qoxusuna səbəb olan mühüm amildir. Ayağınızda "hiperhidrozis" deyilən həddindən artıq tərləmə vəziyyəti varsa, müalicə alın və tərləməni azaldan kremlərdən istifadə edin. Ayaqlarda yaranan tərləmə problemini hazırda botoks tətbiq etmək, iontoforez və klipsli ETS kimi müalicə üsulları ilə ortadan qaldırmaq mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm