Tabloid.az
Boyun dərisini gənc göstərən qulluq
Həmişə cavan qalmaq qadınların əzəli və ədəbi arzusudur. Əgər siz uzun və ya yaraşıqlı boyuna sahib olmaq, eyni zamanda, boyun dərisinin hamar və yumşaq olmasını arzulayırsınızsa, tabloid.az təqdim etdiyi etdiyi məsləhətlərə diqqət yetirsəniz yaxşı olar.
Boyunun dərisi çox tez qocalır. Normal qulluq edimədikdə boyunun dərisi artıq 30 yaşda boşalmağa başlayır və qırışlarla örtülür. Bunun bir çox səbəbi var. Boyunun dərisi çox zərifdir və bədənin başqa hissələrinə nisbətən daha tez ərtaf mühitin təsirlərinə məruz qalır. Bu isə dərinin yetərincə qidalanmamasına və təbii olaraq, tez qocalmasına səbəb olur. Boyunun quruluşu da onun qocalmasını sürətləndirir. Boyun, demək olar ki, hər dəqiqə hərəkətdədir. Bu isə ona istirahət etməyə imkan vermir.
Boyuna tonal krem sürtməklə onun dərisinin hamar və yumşaq olmasını təmin edə bilərsiniz. Ümumiyyətlə, üz dərisi kimi boyun dərisinə də qulluq göstərməlisiniz. Bəzi kosmetoloqlar boyunun qocalmaması üçün isti bürünmələri məsləhət görürlər. Lakin həkimlər bu üsulu məsləhət görmürlər.
Otlardan hazırlanmış ilıq kompreslər boyun üçün çox xeyirlidir. Bunun üçün dəsmalı cökə çiçəyinin dəmləməsində, çayda və ya adi süddə isladıb möhkəm sıxın və 15-20 dəqiqəlik boynunuza sarıyın. Axşam yuyunduqdan sonra boynunuza krem çəkin.
Dörd yerə qatlanmış dəsmalı duzlu suda isladıb onunla boynunuzu döyəcləyin. Əllərinizi kremləyin və çənənin alt hissəsini masaj edin, sonda isə əlin arxa hissəsi ilə boynunuzu döyəcləyin.
Boyun üçün başqa bir qulluq da var: duş və yaxud vanna qəbul etməzdən əvvəl boynunuzu kremlə döyəcləyin və nəm dəsmalla sarıyın. Vannada olduğunuz müddətdə bir neçə dəfə dəsmalı ilıq su ilə isladın. Bu boyunun zərif dərisini cavanlaşdırır.
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər