Tabloid.az
İlqarənin kadrarxası görüntüləri yayıldı - Video
Müğənni İlqarə Kazımovanın “Yenə yenə” treki "Empire Music Entertainment" prodüser mərkəzinin üzvləri Sərxan Muradov, Orxan Bağırov, Sheyh Ree, Fərhad Köçərli tərəfindən yaradılıb. Trek üzərində ukraynalı saund prodüser, DJ, ukraynalı müğənni Qaytananın mahnılarının müəllifi, eyni zamanda, onun “Eurovision” musiqi müsabiqəsində ifa etdiyi “Be my guest” mahnısının masterinqini edən almaniyalı mütəxəssis işləyib. Mahnıda müasir qərb elektron musiqisini eşitməklə yanaşı, milli musiqi elementləri də dinləmək mümkündür. Mahnı özlüyündə İlqarənin daxili dünyasını, gənc, enerjili, güclü və müstəqil qızı əks etdirir. Mahnını dinlədikdə, həmçinin, İlqarənin ürəyinin dərinliyində romantik, emosional insan olması da üzə çıxır. Dinləyici mahnını eşidərkən ifada olan səmimiliyi və daxili hərarəti hiss edəcək.
“Yenə yenə” adlı mahnıya artıq video klip çəkilib. Klipin baş prodüseri Azərbaycanın xalq artisti, yerli estradamızın divası Aygün Kazımovadır. Gənc müğənni İlqarə Kazımovanın debüt ekran işinin rejissoru Anar Hüseynovdur. “Yenə yenə” mahnısı ilk dəfə Aygün Kazımovanın doğum günündə ifa olunsa da, teleməkanda və radio dalğalarına mahnının rotasiyası klipin təqdimatı baş tutandan sonra olacaq.
“Mənim klipim yerli şou biznesdə çəkilən kliplərdən fərqli olacaq. O, Avropa formatında olacaq” , - deyə İlqarə Kazımova bildirib.
Xatırladaq ki, İlqarə Kazımova “Eurovision 2011” mahnı müsabiqəsinin yerli seçim turunun finalistidir. Bir müddət səhnə fəaliyyətinə ara verən müğənni dinləyiciləri bu ərəfədə 2 mahnı ilə sevindirib. Onlardan biri "proqressiv house" janrında “Keep on, keepin' on” və pop musiqi janrında olan “Bir az sevgi” mahnıları olub. “Yenə yenə” layihəsi ilə İlqarə Kazımova böyük səhnəyə dönüşü olacaq.
Qeyd edək ki, yaxın müddətdə İlqarə Kazımovanın ifasında işi bitmək üzrə olan daha bir neçə kompozisiya təqdim olunacaq. Tabloid.az İlqarə Kazımovanın debüt işi olan “Yenə yenə” mahnısının klip çəkilişindən ən maraqlı görüntüləri təqdim edir.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq