Şaxtalı havalar geri qayıdır
Bizi izləyin

Tabloid.az

Şaxtalı havalar geri qayıdır

Şaxtalı havalar geri qayıdır

Qarlı və şaxtalı havalar yenidən qaydır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 9-da bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 6-11 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm