Tabloid.az
Gülyanaq: “Evdən qaçdığıma görə qardaşım məni sillələyib”
Xalq artisti Gülyanaq Məmmədova illər əvvəl müğənni olmaq üçün kənddən qaçmasından, buna görə qardaşı tərəfindən döyüldüyündən danışıb. Tabloid.az xəbər verir ki, ifaçı bu haqda ATV kanalına açıqlama verib.
“Mən uşaqlıqdan özümdə istedadı hiss etmişdim ki, oxuyan olacağam. İki ayağımı bir başmağa dirəmişdim ki, mən Bakıya gedəcəyəm. İnadkarlıq edib Bakıya qaça-qaça gəlmişəm. Bizim kənddəkilər bilirlər ki, haralara qaçmışam. İmtahan verməyə qaçmışam, ora qaçmışam, bura qaçmışam.... Yavaş-yavaş da arzuma nail olmuşam. Kəndin bir zəhmətkeş qızı Bakıda səhnəyə gəldi. Evdən qaçdığıma görə qardaşım mənə qəşəng bir sillə vurub. Vurdu ki, qız uşağı da evdən qaçar? Hara qaçmışam ki, bacımgilə qaçmışdım. Bacım, qayınanası ilə oturub qoz sındırırdıq. Sonra da dalımca atam gəldi. Atam gələndə mən artıq ali məktəbə qəbul olmuşdum. Mənə dedi ki, qayıt kəndə, hərə bir söz deyir. Kimləsə qoşulub qaçdı deyə dedi-qodu gəzir. Ondan sonra atamın boynunu qucaqlayıb kəndə qayıtdım. Amma bu dəfə dünyanın xoşbəxti kimi qayıtmışdım. Çünki ali məktəbə daxil olmuşdum və 2-3 günə yenidən Bakıya qayıtmalı idim”.
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım