Linet Samira ilə səhnəni coşdurdu - Fotolar
Bizi izləyin

Tabloid.az

Linet Samira ilə səhnəni coşdurdu - Fotolar

“Li-li group” və “Mərdan” yapımın birgə layihəsi olan “Körpü” şounun növbəti buraxılışının qonağı müğənnilər Samira, Linet və “Ezel” filmindən tanınan aktyor Kemal Ucar olub.

“Li-li group” və “Mərdan” yapımın birgə layihəsi olan “Körpü” şounun növbəti buraxılışının qonağı müğənnilər Samira, Linet və “Ezel” filmindən tanınan aktyor Kemal Ucar olub. Aparıcı Aynur Hacıyevanın qonaqları ilə səmimi söhbəti veirlişi dinamik, əhval-ruhiyyəli edib. Təəssüratlarını bölüşən Aynur xanım bunları qeyd edib:

“Iki ölkənin güclü səsləri Samira və Linet canlı ifaları ilə səhnəni coşdurdular. Bildiyiniz kimi, veriliş İstanbulda çəkilir. Zaldakı tamaşaçımız da türkiyəlilər idi. Onlar Samiranın Uitni Hyustonun repertuarından olan mahnısını heyrətlə dinlədilər. Kemal bəy belə iki sənətçini peşəkar ifasını dinləyib, özünü sanki ifaçıların konsertində olduğunu dilə gətirdi. Leyla Babayeva isə öz növbəsində maraqlı musiqi nömrələri ilə verilişə rəng qatdı”.

Verilişin bu buraxılışı fevralın 15-də “Xəzər” televiziyasında təqdim ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm