Qar korluq yaradır
Bizi izləyin

Tabloid.az

Qar korluq yaradır

Bəs qar korluğundan əziyyət çəkməmək üçün nə etməli?

Qar havanı təmziləyir və daha rahat nəfəs almağımızı təmin edir. Qarlı hava qartopu oynamaq, sürüşmək kimi əyləncələrə də imkan yaradır. Ancaq qarın mənfi cəhətləri də var.

Hər tərəfi ağ rəngə bürüyərək möhtəşəm mənzərə yaradan qar gözlərin əsl düşmənidir.

Belə ki, qar gözün ani olaraq ultrabənövşəyi şüalara məruz qalmasına səbəb olur və bu hal qar korluğu problemi ilə üzləşməyinizə gətirib çıxara bilir. Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qar korluğu zamanı göz qapaqlarında və ya gözün ağ hissəsində qızarıqlıq və yanıqlar meydana gəlir.

Həmçinin, gözlərdə yanma, sancma hissi, sulanma, ağrı və işığa həddindən artıq həssaslıq müşahidə edilir. Göz qapaqları refleks halında sürətlə qırpılır. Qarın gözə göndərdiyi ultrabənövşəyi şüaların miqdarından asılı olaraq gözlər daha çox zərər görə bilər. Məsələn, qara daha uzun müddət baxmısınızsa, bulanıq görməyə başlayacaqsınız.

Bəzən qarın zərərini həmin an hiss etmək olmur. Qar səbəbilə ultrabənövşəyi şüalara məruz qalan gözlərdə həssaslıq və digər problemlər 6-8 saat sonra hiss edilə bilər. Gözdəki ağrı və yanma hissi bir neçə gün davam edə bilər. Hətta bu problemlər sizi 1 həftə narahat edə bilər. Qar korluğu gözə qalıcı olaraq zərər verir. Bu isə öz növbəsində bir çox göz xəstəliyinin yaranmasına gətirib çıxarır.

Bəs gözlərinizin qardan təsirlənməməsi üçün nə etməlisiniz?

Əgər qarlı havada küçədə çox vaxt keçirmisinizsə, evə qayıdan kimi gözlərinizi bol suyla yuyun və göz qapaqlarınıza soyuq su ilə kompresi edin. Gözlərinizdə ağrı hissi varsa, onu aradan qaldırmaq üçün süni gözyaşı damcılarından və həkimdən məsləhət aldıqdan sonra ağrıkəsici dərmanlardan istifadə edə bilərsiniz.

Əlsa gözlərinizi ovuşdurmayın. Çünki ovuşdurmaq narahatlığınızın daha ciddi hal almasına və göz qişasının zədələnməsinə səbəb ola bilər.

Əgər gözlərinizdə hiss edilən ağrı və bulanıq görmə kimi şikayətləriniz uzun müddət davam edirsə, vaxt itirmədən oftomoloqa müraciət edin. Həkimlər qarlı havada ultrabənövşəyi şüalardan qoruyan, tünd rəngli günəş eynəkləri taxmağı vacib hesab edirlər.

Həmçinin, qoruyucu funksiya daşıyan süni gözyaşı damcılarından istifadə etmək lazımdır. Qışda istifadə etmək üçün günəş eynəyi alanda çərçəvəsinin geniş olmasına diqqət edin. Çünki bütün göz ətrafını örtməsi gözlərinizin daha az zərər görməsinə kömək edəcək.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm