• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dünyanın ən seksual qadını ad gününü qeyd edir - Fotolar

Dünyanın ən seksual qadını ad gününü qeyd edir - Fotolar

Bu gün onun ad günüdür, 27 yaşı tamam olur. O, pop musiqisinin kraliçası hesab olunur. Seksual, çılğın və nazlı-qəmzəli bu xanım nəinki, kişiləri, eləcə də qadınları özünə heyran qoyur.

Söhbət açıq-saçıq geyimləri, seksual səhnə şouları və qalmaqalları ilə gündəmdən düşməyən barbadoslu müğənni Rihannadan gedir.

Onun 26 yaşı var, indidən albomları 10 milyon tirajla satılıb, 7 dəfə "Grammy" mükafatına layiq görülüb.

Rihanna bütün dünyada fenomenə çevrilib desək, yanılmarıq. Bütün məşhur jurnallar onu üz qabığına çıxarmağa çalışır. O, geyim stili ilə nəinki, xanımların, hətta moda dizaynerlərinin də ilham pərisinə çevrilib.

Tabloid.az gözəlliyi ilə kişilərin ağlını başından alan, qadınların qısqanclığına səbəb olan cazibədar müğənninin "Elle" jurnalına müsahibəsini tərcümə edib.

Görək Rihannanın gözəlliyinin sirri nə imiş...

- Dünyanın ən seksual qadını siyahılarında adın həmişə ilk sıralarda olur. Bəs sənin üçün ən seksual qadın kimdir?

- Məncə bu ada layiq qadın Penelope Kruzdur. Səhər oyanıb ona bənzədiyimi görsəydim, çox yaxşı olardı. Uma Turmanın “Pulp Fiction” filmində canlandırdığı obraz - Mia Vallas çox seksual idi. Onun saç modelinə yenə müraciət edəcəyəm, kəkillərini çox bəyənmişdim. Dünyanın ən seksual kişisi isə Vins Vaughndur (Amerikalı aktyor).

- Sənin qüsursuz dərin çox bəyənilir. Deyəsən, çox baxımlısan...

- Xeyir, mənim də dərimin pis göründüyü vaxtlar olur. Ötən ilki “Chanel Couture” dəfiləsinin səhəri günü yaxşı yata bilməmişdim. Bir az şərab içmişdim. Aynaya baxanda dəhşətə düşdüm və öz-özümə “Aman Tanrım, necə də qoca görünürəm! Bu mənəm?”, - dedim.

- Bəs belə vəziyyətlərdə təcili həll üsulun var?

- Belə vaxtlarda spirtli içkini həyatımdan çıxarıram və bol-bol su içirəm.

- Ən çox sevdiyin kosmetik vasitə hansıdır?

- Dodaq boyası. O bütün diqqəti üzərinə çəkir. Bir qadın dodaq boyası çəkəndə elə bil bütün üzünə makiyaj etmiş kimi görünür. Kişilər axmaqdılar, başa düşmürlər. Təkcə dodaq boyası çəksəniz belə makiyaj etdiyinizi sanırlar. Ona görə də onların gözündə həmişə baxımlı olursunuz.

- Deyək ki, tələsirsən. Necə makiyaj edərsən?

- Nəmləndirici kremlərimi qarışdırıb çəkirəm. Tuş, dodaq boyası çəkməyim və qaşlarımı düzəltməyim kifayətdir.

- Çimərlikdə dərini necə qoruyursan?

- Günəşlənməyi çox sevirəm. Ancaq son günlərdə gözlərimin altının da qaralmağa başladığını müşahidə elədim. Ona görə də göz altına əlavə qoruyucu kremlər çəkirəm.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR