Xocalıya həsr olunan mahnılar - Video
Bizi izləyin

Tabloid.az

Xocalıya həsr olunan mahnılar - Video

Xocalıya həsr olunan mahnılar

Xocalı faciəsi bütün azərbaycanlıların qan yaddaşını əks etdirən günlərdən biridir. İlin əksər gününü deyib gülməklə keçirən şou əhlimiz də Xocalı soyqoyqırımını əks etdirən mahnıları repertuarlarına daxil etməklə, 26 fevral tarixini öz yaradıcılıqlarında anıblar.

Tabloid.az Azərbaycan müğənnilərinin Xocalıya həsr etdiyi mahnıları təqdim edir.

“Dəyirman” qrupu Xocalı faciəsini bütün dünyaya bəyan etmək üçün amerikalı müğənni Toni Bləkmən ilə ingilis dilində “Justice for Khojaly”, dilimizə tərcümədə Xocalıya ədalət mənası verən mahnı ifa edib.

Gənclərin sevimlisi olan Qaraqan da ifa etdiyi replər arasında “Xocalı” adlı repini daxil edib. Mahnının musiqisi Emin Kərimiyə, sözlər Qaraqanın özünə məxsusdur. Mahnının vokal hissəsini Pınar Ələkbərzadə ifa edib.

Xəzər telekanalının təşəbbüsü ilə də 4 müğənninin, daha dəqiq desək, əməkdar artist Lalə Məmmədova, müğənnilər Samirə Allahverdi, Ayaz Qasımov və Ramal İsrafilovun ifasında “Bir gün görüşərik, Xocalı!” adlı kompoziya ekranlaşdırılıb. Mahnının bəstəkarı Mahir İbrahimov, sözləri isə Sərvər Şahbəyliyə aiddir.

Musiqiçi, tarzən Humay Qədimova da ud musiqi alətində Xocalı soyqırımına həsr olunmuş mahnı ifa edib.

Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyinin (AzeDer) təşkilatçılığı ilə dünyada və Türkiyədə ilk dəfə olaraq Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində “3D Mapping” və “Projection Mapping” texnologiyaları ilə video-çarx hazırlanıb.

“Talesiz arzular” (Broken Dreams) adlanan video-çarxda mahnını 2011-ci ildə keçirilən “Eurovision” beynəlxalq mahnı yarışmasında birinciliyi qazanan Nigar Camal ingilis dilində ifa edir.

Sözügedən video-çarx 4 xarici ölkədən olan 300 nəfərlik heyət tərəfindən hazırlanıb.

Qeyd edək ki, “Talesiz arzular” adlanan video-çarx Ankarada Azərbaycan Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyinin (AzeDer) təşkilatçılığı ilə keçirilən tədbirdə ilk dəfə nümayiş olunub.

Müğənni Əbdül Xalid “Qan yaddaşımız” adlı mahnı bütün işğal altında olan torpaqlarımıza və canını itirmiş şəhidlərimizə həsr edib. Mahnının bəstəkarı Niyaməddin Musayevə, sözləri Bəxtiyar Vahabzadəyə aiddir.

Rəna Mirzəyeva,Zaur Əmiraslanov,Məhin Hümbətova, Gökhan Erol,Yaşar Yusub,Paşa Abdulla, Yaşar Cəlilov, Boris Bayramov, Pərviz Abdullayev, Cavad Cavadov, Natiq Cananlı və Leyli İsrafilova “Xocalı” adlı mahnı ifa ediblər. Mahnının sözləri Rəna Mirzəyeva, musiqisi Elmin Təhməzə məxsusdur.

Müğənni Mina Vahid Mustafaevin rejissoru olduğu Xocalı faciəsindən bəhs edən “Xoca” filminin saund trekini ifa edib.

Azərbaycanını tanınmış bəstəkarı Sevinc Tofiqqızı Xocalı Soyqırımının 23-cü ildönümü ilə əlaqədar, Xocalı şəhidlərinin əzizi xatirəsinə həsr etdiyi kompozisiyasına çəkdirdiyi klipi təqdim edib.

Sevinc Tofiqqızı bildirib ki, “Xocalı Fəryadı”adlı kompozisiyasın Xocalı şəhidlərinə həsr edib: “Mən bu kompozisiyamı Xocalı şəhidlərinə həsr etdim və klip çəkdirdim. Bir bəstəkar kimi bu işi görmək mənim borcum idi. Klipin rejissoru Əziz Orucov aranjemanı isə Osman Həmidovdur. Mənim üçün çox ağır olsada, bu klipdə rol aldım. Və Xocalının o, ağrı günlərini yaşamış kimi oldum. Klipdə mənimlə bərabər balaca Nərmin İmamquliyeva da çəkildi. Təqdimatın keçirilməsində bizə dəstək verən Şuşa İcra Hakimiyyətin başçısı Bayram Səfərov öz təşəkkürlərimi bildirirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm