Arıqlamaq üçün maddələr mübadiləsini sürətləndirin!
Bizi izləyin

Tabloid.az

Arıqlamaq üçün maddələr mübadiləsini sürətləndirin!

Pəhriz saxlamağınıza baxmayaraq, arıqlamırsınızsa, hətta daha da kökəlirsinizsə...

Pəhriz saxlamağınıza baxmayaraq, arıqlamırsınızsa, hətta daha da kökəlirsinizsə, o zaman maddələr mübadiləsinin zəif işləməsindən şübhələnə bilərsiniz. Diyetoloqlar bildirirlər ki, onlar pəhriz saxlayan bütün xəstələrə ilk növbədə maddələr mübadiləsini sürətləndirən qidalar yeməyi tövsiyə edirlər.

Çünki maddələr mübadiləsinin yavaş işləməsi gün ərzində qəbul etdiyiniz kalorilərin xərclənməməsinə gətirib çıxarır. Bu kalori bədəndə artıq piy toplanmasına səbəb olur.

Yaş, cinsiyyət, genetik quruluş kimi faktorlarla yanaşı müəyyən xəstəliklər, gündəlik istehlak edilən karbohidrat miqdarı və hətta havanın temperaturu maddələr mübadiləsinin sürətinə təsir edə bilir.

Tabloid.az ideal çəkidə qalmaq və daha sağlam olmaq istəyənlər üçün maddələr mübadiləsini sürətləndirən qidaları təqdim edir:

Acı bibər

Metabolizmayı hızlandıran besinler

Bibərə acılıq verən "capsaicin" adlı maddə maddələr mübadiləsini sürətləndirir. Acı bibəri yediyiniz andan başlayaraq 3 saat ərzində maddələr mübadiləsinin sürəti 2 dəfə çoxalır.

Yeməklərinizə qırmızı və ya qara istiot əlavə edərək eyni effekti hiss edə bilərsiniz. İstiot və acı bibərin ən yaxşı cəhəti iştahanı azaldaraq, toxluq hissi yaratmasıdır.

Xatırladaq ki, kəklikotu və darçında da bir miqdar “capcaicin” maddəsi var.

Zəncəfil

Metabolizmayı hızlandıran besinler

Zəncəfil həzmə kömək edir. Bədənin temperaturunu yüksəldir. Zəncəfilli qidalar yedikdən sonra maddələr mübadiləsinin sürəti təxminən 20 faiz artır.

Yaşıl çay

Metabolizmayı hızlandıran besinler

Kofein ehtiva edən yaşıl çay bədənin temperaturunu artıraraq maddələr mübadiləsini sürətləndirir. Onun tərkibindəki "fenol" adlı maddə də bu prosesə təkan verir. Təzə yaşıl çay dəmləyərək isti və ya soyuq halda içə bilərsiniz. Yaşıl çayın əvəzinə kofein ehtiva edən qəhvə və ya digər içkilər də içərək maddələr mübadiləsini sürətləndirmək olar.

Zülal

Metabolizmayı hızlandıran besinler

Zülal karbohidrata nəzərən daha uzun müddətdə həzm edildiyi üçün həzm sistemi daha çox enerjiyə ehtiyac duyur. Bu da daha çox kalori xərcləməyinizə səbəb olur. Ona görə də balıq, toyuq, hind toyuğu ilə kimi daha az yağ ehtiva edən zülal mənbələri ilə qidalanaraq maddələr mübadilənizi sürətləndirə bilərsiniz.

Lif

Metabolizmayı hızlandıran besinler

Qidaların həzm edilməyən qismi olan lif həzm əsnasında bədənin istifadə etdiyi enerjini artıraraq maddələr mübadiləsinin daha sürətli işini təmin edir. Lif ümumiyyətlə, həzmə köməkçi olur, qəbizlik və ishal kimi problemlərin qarşısını alır.

Lif baxımından zəngin qidalar arasında brokkoli, ispanaq, alma, portağal, kələm, yulaf, fındıq, badam və balqabaq tumu kimi qidalar diqqət layiqdir.

Darçın

Metabolizmayı hızlandıran besinler

Darçın toxluq hiss yaradır. Həm də maddələr mübadiləsini sürətləndirərək xərclənən enerji miqdarını artırır.

Kətan toxumu

Metabolizmayı hızlandıran besinler

Kətan toxumu mədədə şişərək toxluq hissi yaradır. Bağırsaqların fəaliyyətini dəstəkləyir. Maddələr mübadiləsinin sürətli işini təmin edir. Bunun üçün 1 kasa qatığın içərisinə 1 çay qaşığı kətan toxumu əlavə edərək yeyə bilərsiniz.

Qatığı yedikdən sonra 2 stəkan su için.

Ananas

Metabolizmayı hızlandıran besinler

Ananas “bromelain” adlı ferment ehtiva edir. Bu ferment zülalların həzminə təsir edir. Maddələr mübadiləsinin sürətləndirilməsini təmin edir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm