Türk serial ulduzu işıq pulu borcuna görə tutulacaq?
Bizi izləyin

Tabloid.az

Türk serial ulduzu işıq pulu borcuna görə tutulacaq?

Türkiyənin tanınmış aktyorlarından biri, "Tatar Ramazan" teleserialında baş rolu ilə daha da populyarlaşan aktyor Bülent İnal məhkəməyə verilib.


İstanbuldakı "Boğaziçi Elektrik Kurumu" aktyoru evində istifadə etdiyi elektroenerjinin pulunu ödəməməkdə suçlayıb. Onun 3 il müddətinə həbsi istənilir.


Aktyor isə ittihamları rədd edib.


"O vaxt yaşadığım evin elektrik sayğacı pozulmuşdu. "Boğaziçi Elektrik Kurumu" da çoxsaylı müraciətlərimə rəğmən, sayğacı vaxtında təmir etmədi. İşıq pulunu vaxtında ödədiyim üçün şirkətin baş direktoru sonradan mənə təşəkkür məktubu da yollamışdı. Belədə işıq pulunu verməməkdə suçlanmağım gülüncdür", - B.İnal deyib./milli.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm