• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Xalq artistinin oğlunun 20 mini məsciddən belə oğurlandı – ŞOK VİDEO

Xalq artistinin oğlunun 20 mini məsciddən belə oğurlandı – ŞOK VİDEO

Dünən ATV kanalında yayımlanan “Öz aramızda” verilişinin qonaqlarından biri - xalq artisti Cəfər Namiq Kamal qeyri-adi oğurluq hadisəsini danışmaqla çoxlarını heyrətləndirib.

Axar.az xəbər verir ki, aktyorun sözlərinə görə, oğlu zərgərliklə məşğul olur, həmçinin ibadət əhlidir. Üstündə başqa şəxslərin hazırlamaq və satmaq üçün verdiyi 20 min manatlıq qızıl-zinət əşyası ilə məscidə ibadətə gələn aktyor oğlunu talayıblar. O, namaz zamanı səcdəyə gedərkən orada olan gənclərdən biri əvvəlcə başqasının gödəkcəsini geyinib, lakin onun cibində qızılların olmadığını görüb və sonra zərgərin gödəkcəsini qızılları ilə bərabər oğurlayıb.

Hadisə anbaan məsciddə quraşdırılan kameralara düşüb. Oğrunun kameralardan xəbərdar olduğu və buna görə də başını yuxarı qaldırmadığı hiss edilir. Lakin video-yazının diqqətlə analizi göstərir ki, oğru məscidə tək gəlməyib: onun daha bir qadın və bir oğlanla əlbir olduğu ilkin baxışda ehtimal edilir. Oğrudan fərqli olaraq, digər əlbir olduğu şəxslərin görüntüləri kameralarda daha aydın görünür.

Polis artıq araşdırmaya başlayıb və Allah evindən oğurluq etməklə hamının narahatlığına səbəb olan oğru və ya oğruların qısa müddətdə ələ keçiriləcəyi ehtimal edilir.

Publika.az sözügedən videonu təqdim edir:

Xəbər lenti

DAHA ÇOX XƏBƏR