Oskarı kimlər aldı? - Siyahı - FOTOLAR- VİDEO
Bizi izləyin

Tabloid.az

Oskarı kimlər aldı? - Siyahı - FOTOLAR- VİDEO

Film dünyasının ən böyük tədbiri olan "Oskar" mükafatlandırma mərasiminin 2014-cü Amerika Kino Akademiyası "Oscar" mükafatının qaliblərini elan edib. Publika.Az Azadlıq radisouna istinadən xəbər veriri ki. "Ən yaxşı film" nominasiyasında mükafata "12 Years a Slave" (12 il köləlikdə) layiq görülüb.

"12 Years a Slave" filmi - 1841-ci il. Azad insan olan qaradərili Solomon Nortalı doğma şəhəri Saratoqa Sprinqsdən (Nyu-York ştatı) oğurlayırlar. O özünə gələndə qaranlıq bir otağa atıldığını, bədəninə narkotik maddə vurulduğunu və tezliklə qul kimi satılacağını anlayır...

Keyte BlanşetMətyu Mak Conaughey "Ən yaxşı aktrisa" ("Blue Jasmine" filmi)"Ən yaxşı aktyor" ("Dallas Buyers Club" filmi) mükafatlarını alıblar.

"Ən yaxşı rejissor" mükafatı isə "Gravity" filminə görə Alfonso Cuarón-a verilib. "Gravity" bu il ən çox - 7 nominasiyada "Oscar" alan film olub.

"Gravity" filmi - Amerikalı astronavtlar açıq kosmosda teleskopu təmir edərkən qıza baş verir. Onların hava gəmisi kosmik zibillə toqquşur. Onların Yerə qayıtması daha mümkün deyil. Nə etməli?"Ən yaxşı tammetrajlı sənədli film" nominasiyasında mükafat Morqan Nevillin "Ulduz olmağın 20 futluğunda" (Twenty Feet From Stardom) filminə verilib.

Film bək-vokalçılar haqdadır. Onlar məşhur müğənnilərin bir neçə metrliyində dayanıb səsləri ilə onlara yardımçı olurlar, amma bu şöhrətdən onlara pay düşmür. Diqqətdən kənarda qalırlar. Əlbəttə ki hamısı yox. Bəziləri həmin 20 futu, 6 metri iradələri və istedadları gücünə qət edib özləri də uduza çevrilirlər…

86-cı ildir keçirilən, rəsmi adı "Academy awards" olan tədbir aktrisa Ellen Deceneresin aparıcılığı ilə baş tutub.



"Ən yaxşı film": "12 Years A Slave" ("12 illik əsarət")
"Ən yaxşı rejissor": Alfonso Kuaron / "Gravity" ("Qravitasiya")
"Ən yaxşı aktrisa": Keyt Blanket / "Blue Jasmine" ("Mavi yasəmən")
"Ən yaxşı aktyor": Mettyu Makkonaxi / Dallas Buyers Club ("Sərhədsizlər klubu")
"Ən yaxşı köməkçi aktyor": Jared Leto / Dallas Buyers Club
"Ən yaxşı köməkçi aktrisa": Lupita Nyonq'o / "12 Years A Slave"
"Ən yaxşı quruluşçu rejissor": Emmanuel Lubezki / "Gravity"
"Ən yaxşı geyim dizayneri": Ketrin Martin / "The Great Gatsby" ("Böyük Qetsbi")
"Ən yaxşı saç və makiyaj dizayneri": Adruita Li, Robin Mathyuz / "Dallas Buyers Club"
"Ən yaxşı qısametrajlı animasiya": Mr. Hublot / Lorent Uitz və Aleksandr Espiqares
"Ən yaxşı animasiya": "Frozen" ("Soyuq qəlb")
"Ən yaxşı vizual effekt": Tim Uebber ve Brayan Koks / "Gravity"
"Ən yaxşı qısametrajlı film": "Helium" / Anders Uolter ve Kim Maqnusson
"Ən yaxşı qısametrajlı sənədli film": "The Lady in Number 6" ("6-cı nömrədəki qadın") / Malkolm Klark ve Nikolas Rid
"Ən yaxşı sənədli film": "20 Feet From Stardom" ("Ulduz olmağa 20 fut") / Morgan Nevil, Gil Frizeri ve Ketrin Rocers
"Ən yaxşı xarici film": "The Great Beauty" ("Möhtəşəm Gözəllik") / Paolo Sorrentino - İtaliya
"Ən yaxşı səs miksajı": "Gravity" / Skip Levzi
"Ən yaxşı səs qurğusu": "Gravity"
"Ən yaxşı qurğu": "Gravity" / Alfonso Kuaron ve Mark Sanqer
"Ən yaxşı dizayn": Ketrin Martin ve Beverli Din / "The Great Gatsby"
"Ən orijinal musiqi": Stiven Prays / "Gravity"
"Ən yaxşı musiqi": "Let It Go" / Kristen Anderson Lopez və Robert Lopez, "Frozen" animasiya filmi
"Ən yaxşı uydurma ssenari": Con Raydli / "12 Years A Slave"
"Ən yaxşı real ssenari": Spayk Conz / "Her" (Eşq)









Oxumağa davam et
Reklam
Reklam

Gündəm