Gecə Heydər Əliyev Sarayında həyəcan yaşandı- FOTOLAR, VİDEO
Bizi izləyin

Tabloid.az

Gecə Heydər Əliyev Sarayında həyəcan yaşandı- FOTOLAR, VİDEO

Yüksək emosiya, ehtiras, pozitiv enerji, şən əhval-ruhiyyə, musiqinin oynaq ritmi, çoşqulu irland musiqiçisinin xalqlarına məxsus hayqırtısı … Bir sözlə, əsl zövq. Hər kəs səhnədə yaşananların təsiri altındadır… Bütün bunlar Heydər Əliyev adına Sarayda paytaxtın qonağı olan irland rəqqaslarının ifası zamanı yaşandı.

Dünən "SA Organization"un təşkilati dəstəyi ilə dünyaca məhşur step rəqsinin usta ifaçıları "Celtic Legends" rəqs qrupunun Heydər Əliyev adına Sarayda konserti baş tutdu.

Publika.az-ın məlumatına görə, konsert zamanı həyəcanlı anlar yaşandı, pozitiv, enerjili, həm də ritm dolu irland qrupu hər kəsi öz təsiri altına ala bildi. Konserti izləyənlər sırasında Teleraf.MMC-nin rəhbəri Aynur Camalqızı, xalq artsiti Təranə Muradova, eləcə də yerli tamaşaçılarla bərabər paytaxtın əcnəbi qonaqları, Amerika, Norveç, Türkiyə və digər ölkələrin səfirləri də iştirak edirdilər. Qeyd edək ki, qrup ilk dəfədir ki, Azərbaycanın qonağı idi.

Əfsanəvi rəqsləri ilə hər zaman dünyanın diqqət mərkəzində olan qrup sözün əsl mənasında Azərbaycan tamaşaçılarına tam fərqli bir gecə yaşatdı. 1 və 2 mart tarixlərində Heydər Əliyev Sarayında baş tutan konsert proqramında tamaşaçılar peşəkar rəqqasların təqdim etdiyi step rəqsinin ahəngindən zövq aldılar. Bilməyənlərin nəzərinə çatdıraq ki, "Celtic Legends" qrupu 2001-ci ildə İrlandiyanın Konnemara torpaqlarında İrland musiqisinə və rəqsinə böyük töhfələr vermiş Qalveydən olan gənc istedadlar tərəfindən yaradılıb. Rəqqaslar tamaşaçılarının nəzərində daima fərqli performansları ilə yadda qalıblar. Qrupun bütün rəqqasları erkən yaşlarından dünyaca məhşur rəqs yarışmalarının qalibi olublar. Qrup hər zaman öz tamaşaçısını milli İrland rəqsinin sehri ilə ovsunlayıb. Qrupun xoreoqrafı Jakinta Şarpe, musiqi direktoru Sin Makkarti və dünyaca məhşur qəhrəmanı Viliyam Boltdur.

Qeyd edək ki, "SA Organization" artıq 15 ildir ki öz fəaliyyəti ilə adı haqqında kifayət qədər təsəvvür yarada bilib. Selahattin Atalay tərəfindən yaradılan təşkilat bu illər ərzində istər ölkə daxilində, istərsə də ölkədən kənarda bir sıra iri konsert layihələrini reallaşdırmağa müvəffəq olub.

Şirkət Rusiya, Qazaxıstan, Ukrayna və bir çox ölkələrdə tanınmış ulduzların unudulmaz konsert proqramlarını təşkil edib.

Ölkəmizdə bu işin təməlini qoyan şirkət kimi "SA Organization" işinə mükəmməl və peşəkarcasına yanaşaraq indiyə kimi tanınmış ifaçılardan İbrahim Tatlısəs, Nilufər, Ajda Pekkan, Alişan, İngrid Alberini, İmagination, məşhur rəqs qruplarından olan "Anadolu ateşi", "Tararam", "Şaman", həmçinin Ruslana, Kenan Doğulu və s. kimi bir çox məşhurların konsert layihələrinə imza atıb.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm