Robotlar məntiqi məsələni həll etdilər - VİDEO
Bizi izləyin

Texnoloji

Robotlar məntiqi məsələni həll etdilər - VİDEO

Süni intellekt üzrə amerikalı mütəxəssislər üç insanabənzər robotu sınaqdan keçiriblər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, robotlar şüur əlamətlərini göstərərək məntiqi məsələni həll ediblər.

Sınağın təşkilatçısı Rensseler Politexnik İnstitutunun professoru Selmer Brinqsyordur. Brinqsyord 2015-ci ilin sentyabrında Yaponiyada keçiriləcək robot texnikası və RO-MAN süni intellekti üzrə konfransda sınaq haqqında məruzə ilə çıxış edəcək.

Daha əvvəl “Apple” şirkətinin həmtəsisçisi Stiven Voznyay, “Microsoft”un qurucusu Bill Qeyts və fizik-nəzəriyyəçi Stiven Xokinq süni intellekt və ağıllı robotların inkişafının təhlükəli olduğunu bildirib. 2015-ci ilin əvvəlində SpaceX və Tesla Motors şirkətlərinin banisi İlona Mask təhlükəsiz süni intellektin hazırlaması üçün 10 milyon dollar ayıracağını bəyan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm