• USD 1,7001 0,00% EUR 2,0116 +0,66%
    • GBP 2,2843 +0,83% RUB 0,0290 +1,03%

Parlament seçkilərində “Azerspace-1” peykinin resurslarından istifadə olunub

Parlament seçkilərində “Azerspace-1” peykinin resurslarından istifadə olunub

Noyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilər “Azerspace-1” peykinin resurslarından istifadə olunaraq gün ərzində fasiləsiz yayımlanıb.

“Azərkosmos” ASC-dən AZƏRTAC-a bildiriblər ki, yerli və xarici, o cümlədən beynəlxalq təşkilatların müşahidəçiləri və media mənsubları tərəfindən izlənilən parlament seçkilərinin “İctimai”, “Xəzər”, “ANS”, “Lider” və “Region” televiziya kanalları vasitəsilə operativ və fasiləsiz yayımı təşkil olunub. “Azerspace-1” peykinin resurslarından istifadə edən yerli kanallar seçkilərin keçirildiyi müddətdə fasiləsiz və tam keyfiyyətli yayım əldə etdiklərini bildiriblər.

Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevralında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46 dərəcə Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz, Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il ərzində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir (C diapazonda 24, Ku diapazonda 12 transponder).

Ötən ilin dekabrından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1.5 m ayırdetmə), Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb. Bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlanıb.

Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2017-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45 dərəcə Şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və qarşıdakı illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peykini əldə etməyi planlaşdırır.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>