Texnoloji
Osman Gündüz: “İnternet istifadəçiləri aldadılır”
"Nazirliyin başı qarışıb “yüksək texnologiyalara” və yeni adına uyğun sənədlərin hazırlanmasına. İnternet istifadəçilərin “köhnə texnologiyalar”la “çəkidə aldadılması” və “yalançı trafikin” müştərilərə baha qiymətə satılması isə davam edir. 1 aprel tarixindən İnternet qiymətlərinin endirimi gözlənilirdi. Görünür zarafat imiş".
Publika.Az-ın məlumatına görə, bu fikirlə Azərbaycan İnternet Forumun prezideti Osman Gündüz çıxış edib.
“Deyəsən, köhnə adla olan Nazirliyin - RİTN-nin yenə də dövlət Provayderlərinə gücü çatmadı ki, İnternet qiymətlərini endirsin.
Güman ki, adi bir dövlət Provayderinin aylıq gəlirinin
milyonlarla ölçülməsi buna imkan vermədi. Digər İSP-lərə də bu
situasiya çox sərf edir. Həm də axı problemi həll etməli olan
dövlət qurumunun burada öz kommersiya maraqları var.
Əlbəttə hər ötən ay milyonlar deməkdir. Kim asanlıqla əl çəkmək
istəyər ki. Gözəl biznesdir : yüz minlərlə insanı "çəkidə
aldadaraq", əslində faktiki mövcud olmayan "heç nə"-nin biznesi,
özü də qonşu ölkələrlə müqayisədə hədsiz baha qiymətə.
Gərək mütləq yuxarıdan təpki olsun ki, bu cür kütləvi fırıldağın üstü açılsın. Gərək mütləq yuxarıdan kimsə desin ki, nə üçün Gürcüstan İnterneti bizdən alıb su qiymətinə öz vətəndaşlarına sata bilir, amma bizdə ondan bahadır?
Əksinə, hətta artıq məmumatlar verilir ki, BTRİB-də daha bir
dövlət Provayderi - Bakİnternet 2 yaradılır.
Ümumiyyətlə, kommersiya və tənzimləmə səlahiyyətlərini də özündə
cəmləşdirən RİTN-dən internet bazarında çevik və effektiv
tənzimləni, dövlət Provayderlərinə təsir etməklə internet bazarın
tənzimlənməsini və ya Dövlət Provayderlərinin özəlləşdirilməsini,
internet bazarında normal rəqabət mühitinin yaradılmasını da
gözləmək düzgün olmazdı. Qurumun qanuni kommersiya maraqları var
internet bazarında.
Ümid edək ki, yeni adla fəaliyyət göstərəcək yeni Nazirliyin - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Əsasnaməsində kommersiya səlahiyyətləri olmayacaq, tənzimləmə səlahiyyətləri isə digər müstəqil dövlət qurumuna veriləcək”.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq