Kompyuter və telefonlar üçün yeni təhlükə
Bizi izləyin

Texnoloji

Kompyuter və telefonlar üçün yeni təhlükə

Android əməliyyat sistemində aşkar olunan "Android.SmsSpy.88" adlı ziyanverici proqramı təhlükəyə çevrilib.

Elektron Təhlükəsizlik Mərkəzindən Publika.az-a verilən məlumata görə, Rusiya təhlükəsizlik şirkəti “Dr.Web” bir çox ölkələrdə 40.000 mobil qurğunun bu ziyanvericiyə yoluxduğunu qeyd edib. İlk dəfə 2014-cü ildə müəyyən olunan troyan SMS spam vasitəsilə yayılırdı və qurbanın qurğusuna bir dəfə yoluxan kimi telefon zənglərində və smslərdə nəzarəti ələ keçirə bilirdi. Bir müddətdən sonra bu troyan inkişaf edərək kredit kart məlumatlarını “Google Play” üzərindən fişinq yolu ilə ələ keçirməyə başlayıb. Ziyanverici proqram istifadəçinin ekranını kilidləyir və yalnız müəyyən məbləğin ödənilməsindən sonra açılacağını qeyd edir.

“Dr.Web” şirkəti eyni zamanda qeyd edir ki, troyan “bank popup” dan istifadə etməyə başlayıb. Bu da troyana “popup”in məzmununu asanlıqla dəyişməyə və hər hansı bank və ya ödəmə sistemini hədəf almağa imkan verir. Android əməliyyat sisteminin daha çox hədəf alınan versiyası 4.4-dır(35.71%). Lakin troyan 2.3 və 5.2 versiyalarına da yoluxub.

Mobil qurğularınızın bu troyana yoluxmaması üçün -SMS mesajlar vasitəsilə sizə göndərilən keçidlərə klikləməmək, etibarsız mənbələrdən tətbiqetmələr yükləməmək, əgər mümkündürsə, onlayn bank əməliyyatlarının həyata keçirilməsi üçün başqa bir mobil cihazdan istifadə etmək tövsiyə edilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm