Texnoloji
Smartfonlara gizlicə qulaq asmaq olacaq
Stenford Universitetinin tədqiqatçıları İsralin hərbi
texnologiyalar sahəsində hazırlamalarla məşğul olan “Rafael”
şirkətinin nümayəndələri ilə birgə müəyyənləşdiriblər ki,
qurğuların məkanda vəziyyətinin təyini üçün müasir smartfonların
əksəriyyətinə quraşdırılmış jiroskoplar vasitəsi ilə smartfonlara
gizlicə qulaq asmaq mümkün olacaq.
Publika.az-ın “ICTnews”a istinadən məlumatına görə, tədqiqat zamanı
alimlər müəyyən ediblər ki, jiroskop yalnız smartfonun məkanda
vəziyyətini deyil, həmçinin qurğunun ətrafında havanın cuzi
dəyişikliyini qeydə ala bilər. Bu xüsusiyyət jiroskopa smartfondan
yaxın məsafədə səsləndirilmiş səsləri kifayət qədər yüksək
dəqiqliklə “tanımağa” imkan verir.
Tədqiqatçıların keçirdiyi sınaqda smartfon yaxınlığında 0-dan
10-dək rəqəmlər səsləndirilib. Nəticədə jiroskop səsləndirilmiş
sözlərin 65 faizini aydın şəkildə müəyyən edib.
Jiroskopun bu gizli imkanı informasiya təhlükəsizliyinə ciddi
təhlükədir. Çünki istifadəçilər hər hansı şübhəli tətbiqin
fotokamera, “GPS” modulu və ya mikrofona müdaxiləsinə qadağa qoya
bilər, amma jiroskopa yox.
Tədqiqatın ətraflı nəticələri və digər texniki aspektlər gələn
həftə “Usenix” təhlükəsizlik konfransında təqdim ediləcək.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO