Dünyanın ən yaxşı hava yolları şirkəti (VİDEO, FOTO)
Bizi izləyin

Texnoloji

Dünyanın ən yaxşı hava yolları şirkəti (VİDEO, FOTO)

Qətərin 5 ulduzlu milli hava yolları şirkəti olan "Qatar Airways" 1993-cü ildə yaradılsa da, ilk uçuşunu 1 il sonra Küveyt Hava Yollarından icarəyə götürdüyü "Boeing 767-200ER" təyyarəsi ilə başlayıb.

Publika.az-ın məlumatına görə, mərkəzi ofisi Doha şəhərində yerləşir. Bu il istifadəyə verilən yeni Hamad Beynəlxalq Aeroportunda sərnişinlər çoxsalı lüks mağazalar, konfrans zalları, uşaq otaqları, oyun meydançaları, tədris zalları, sauna, cakuzi, eləcə də restoranlar şəbəkəsindən yararlana bilərlər.

Britaniyanın "Skytrax" tədqiqat şirkətinin 2 milyon sərnişin arasında 10 aya yaxın müddətdə apardığı sorğuya əsasən, "Qatar Airways" dünyanın bir nömrəli hava yolları seçilib. 2014-ci ilin ən yaxşı "Business Class" kabini də "Qatar Airways"-ə məxsusdur.

Təyyarə salonları:
"Birinci klass"
"Birinci klass" sərnişinlərə çarpayıya çevrilən rahat kreslolarla yanaşı, uçuş zamanı 15 düymlük videodispleyli sistem, televiziya, şəxsi telefon, elektrik şəbəkəsi, eləcə də yataq ləvazimatları və digər aksesuarlar təqdim edilir.

"Biznes klass"
"Biznes klass" sərnişinlərinə 160 dərəcə açılaraq çarpayıya çevrilən rahat oturacaqlar və bir sıra uçuş xidmətləri paketi təklif olunur. Gələcəkdə aviaşirkət uzunmüddətli uçuşlar zamanı "Boeing 777-200LR" təyyarələrində kreslo-çarpayı yeniliyini tətbiq edəcək.

Hazırda şirkət Afrika, Mərkəzi Asiya, Avropa, Uzaq Şərq, Cənubi Asiya, Orta Şərq, Şimali Amerika, Cənubi Amerika və Okeaniya da daxil olmaqla, dünyanın 144 şəhərinə uçuşlar həyata keçirir. Yaxın 4 ildə isə istiqamətlərin sayı 170-ə çatdırılacaq.

2013-cü ilin iyul ayından Qətər Hava Yolları İspaniyanın "Barselona" futbol klubunun sponsorudur. Bundan başqa, şirkət Anorthosis Famagusta klubu ilə də əməkdaşlıq edir.




























Oxumağa davam et
Reklam
Reklam

Gündəm