Azərbaycanın layihəsi Çində təqdim ediləcək
Bizi izləyin

Texnoloji

Azərbaycanın layihəsi Çində təqdim ediləcək

Sentyabrın 16-17-də Azərbaycanın həyata keçirdiyi regional “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin Çində təqdimatı keçiriləcək.

Mərasimdə TASİM layihəsinin işçi qrupunun rəhbərliyi iştirak edəcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, layihənin akademik işləri Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən həyata keçirilir və artıq layihə üzrə yazılar İtaliyada, Çin Xalq Respublikasında (ÇXR) tanınmış mütəxəssislər tərəfindən araşdırılıb, elmi məqalə formasında hazırlanıb.

Hazırda ÇXR-in ən nüfuzlu beyin mərkəzlərindən biri olan Müasir Beynəlxalq Akademiyasının nümayəndəsi, professor xanım Tan Lan tərəfindən “Çinin rəqəmsallaşma təcrübəsi və onun TASİM layihəsinə təsiri” mövzusunda yazı hazırlanıb. Bu material broşür halında SAM tərəfindən çap olunub.

Qeyd edək ki, Çinin Müasir Beynəlxalq Akademiyası müxtəlif regionları araşdıran 11 departamentə, 400-dən artıq işçi heyətinə və 150-dən çox baş elmi işçiyə malikdir. Akademiya ÇXR-də beynəlxalq tədqiqatlar üçün ən böyük, qədim və ən nüfuzlu beyin mərkəzlərindən biri hesab olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm