“Apple” yeni smartfonlarını təqdim etdi
Bizi izləyin

Texnoloji

“Apple” yeni smartfonlarını təqdim etdi

Apple" şirkəti bu gün öz yeni smartfonlarını təqdim edir. Smartfonlar "iPhone 6" və "iPhone 6 Plus" adlanır və görünüş baxımından çox nazikdirlər. Bizimyol.info ictnews-a istinadən xəbər verir ki, "Apple" ekranların təsvir ölçüsünü "retina hd" adlandırır.

Ekranların diaqonalları 4.7 və 5.5 düym təşkil edir. "iPhone 6 Plus" smartfonu üçün ekranın təsvir ölçüsü 1920x1080 düym (1080p və ya Full HD), "iPhone 6" cihazında isə1334x750 nöqtə təşkil edir. "iPhone 6" smartfonunun qalınlığı 6,9 mm, "iPhone 6 Plus"da isə 7,1 mm-dir, hər iki qurğu "iPhone 5S"dən daha nazikdir.

"iPhone 6" smartfonuna 64 bitlik "A8" prosessoru quraşdırılıb ki, bu da əvvəlki ilə müqayisədə 25% daha məhsuldardır, qrafikanın emalı 50% yaxşılaşdırılıb. "Wi-Fi" şəbəkəsində iş zamanı avtonom iş vaxtı 10 saatadək, "iPhone 6 Plus" smartfonunda video izləyərkən 14 saatədək artırılıb. "iPhone 5S"də son göstərici 10 saat olub.

Soprosessor yenilənib. M8 artıq şaquli səthdə, məsələn nərdivan üzrə hərəkəti izləyir.

Əsas kamera 8 meqapiksel qalıb, amma "iSight" sensoru yenilənib. Fil Şıller hesab edir ki, "iPhone" smartfonu dünyanın ən məşhur videokamerası olacaq. Yeni smartfonlar saniyədə 30 kadradək sürətlə Full HD (1080p) təsvir ölçüsündə çəkirlər.

Yeni "iPhone" smartfonları "iOS 8" platforması ilə işləyəcək. Artıq sentyabrın 17-dən "iOS 8" platformasını yükləmək mümkün olacaq. İlk dəfə "iPhone" smartfonları 128 QB-lıq versiyada əlçatan olacaq. Beləliklə, "iPhone 6" və "iPhone 6 Plus" smartfonlarının 16, 64 və 128 QB-lıq qızılı, gümüşü və tünd boz rəngdə versiyaları əlçatan olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm