Youtube-də silinən videolar geri qaytarılacaq - YENİLİK
Bizi izləyin

Texnoloji

Youtube-də silinən videolar geri qaytarılacaq - YENİLİK

Youtube video portalı müəllif haqlarını qoruyan peşə birliklərinin iki həftə əvvəl göndərdiyi etiraza cavab verib.

Youtube video portalı müəllif haqlarını qoruyan peşə birliklərinin iki həftə bundan əvvəl göndərdiyi etiraza cavab verib.

Etirazda deyilir: “Müəllif haqlarını tanımırsınızsa bizim mahnılarımızı silin!”. Bu səbəbdən Youtube həmin etirazdan sonra bir sıra türk müğənnilərin mahnılarını silməyə başlamışdı. Youtube-un bu addımından sonra müəllif ödənişləri edən Turkcell, TT Net, Avea və Vodafone kimi operatorlar “Youtube ödəmirsə, biz də ödəmirik” şüarı ilə çıxış ediblər.

Müəllif haqlarını qorumaqda öhdəçi olan MSG və MÜYAP təşkilatları Youtube şirkətinin təmsilçiləri ilə Kannda təşkil olunan MİDEM (beynəlxalq musiqi sərgisində) üz-üzə gəliblər. Görüşdən sonra Youtube müəllif haqlarını qorumağa və ödəniş etməyə razılıq verib.

Qeyd edək ki, bu yaxınlarda Sezen Aksu, Teoman, Murat Boz, Yalın, Gripin, Hande Yener, Tarkan, Gülşən və s. müğənnilərin mahnıları portaldan silinirdi. Razılaşmadan sonra həmin videolar eyni izlənmə sayı ilə yenidən yüklənəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm