Texnoloji
“Twitter” dünyaya daha güclü təsirə malikdir
“Twitter”in həmtəsisçisi Evan Uilyams “Fortune” jurnalına müsahibəsində deyib ki, “Instagram”ın auditoriyasının artması onu həyəcanlandırmır. Çünki “Twitter” mikrobloqlar xidməti daha çox pul qazanır və dünyaya daha güclü təsirə malikdir.
Publika.az "ICTnews"a istinadən xəbər verir ki, bu yaxınlarda mediada dərc olunmuş məlumata əsasən, “Instagram”ın auditoriyası aylıq 300 milyon aktiv istifadəçiyədək artıb. Son rəsmi məlumatlara görə, “Twitter”in aylıq aktiv auditoriyası 284 milyon istifadəçidən ibarətdir.
“Nə üçün biz yalnız istifadəçilər haqda danışırıq? “Instagram”la müqayisədə “Twitter”in dünyaya təsiri daha güclüdür. Bu, real vaxt rejimində məlumat şəbəkəsi deməkdir. “Twitter”də mühüm xəbərlər açıqlanır və dünya liderləri müzakirələr aparırlar” – deyə Uilyams fikrini əsaslandırıb.
Məlumat üçün bildirək ki, “Instagram” xidməti 2012-ci ildə “Facebook” şirkəti tərəfindən 1 milyard dollara satın alınıb.
“Twitter”in kapitallaşması hazırda təxminən 23 milyard dollar olsa da, şirkət zərərlə işləyir.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO