Yeni “Galaxy S6” satışa çıxarıldı
Bizi izləyin

Texnoloji

Yeni “Galaxy S6” satışa çıxarıldı

“Samsung”un yeni modelləri “Galaxy S6” və “S6 Edge” aprelin 10-da dünyanın 20 ölkəsində satışa çıxarılacaq.

Texniki xüsusiyyətlərinə görə bir-birinə olduqca bənzədiyi qeyd edilən “Galaxy S6” və “S6 Edge” modelləri görünüş baxımından fərqlənir. “S6 Edge” modeli qövslü bir kənara sahibdir. “Galaxy S6”nın görünüşü isə “Samsung”un daha əvvəl istifadəyə təqdim etdiyi “S4” və “Note 3” modellərinə bənzəyir.

Hər iki telefonun 5 meqapiksel və 1080p video çəkə bilən ön kamerası və 16 meqapiksellik arxa kamerası var. İstehlakçıların böyük maraqla gözlədiyi telefonlar istifadəçilərə kabelsiz şarj etmə rahatlığını da təmin edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm