25 min istifadəçi “Facebook”u məhkəməyə verdi
Bizi izləyin

Texnoloji

25 min istifadəçi “Facebook”u məhkəməyə verdi

Avstriyada 25 min istifadəçi “Facebook” sosial şəbəkəni məhkəməyə verib.

Publika.az “BBC News”a istinadən xəbər verir ki, “Facebook” istifadəçiləri sosial şəbəkənin rəhbərliyini informasiyasının məxfiliyi sahəsində Avropa qanunvericiliyini pozmaqda ittiham edir.

Prosesə Vyana məhkəməsi baxacaq. İddiaçılar bildirir ki, “Facebook” onların şəxsi məlumatlarını toplayaraq istifadə edib. İddiaçılar məhkəmə vasitəsilə “Facebook”dan adambaşına 540 dollar kompensasiya almağı planlaşdırırlar. Əgər məhkəmə 25 min şikayətçinin iddiasını təmin etsə, “Facebook”un ödəyəcəyi ümumi məbləğ 13,5 milyon dollar olacaq.

“Facebook” ona qarşı irəli sürülən məhkəmə iddiasını hələ şərh etməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm