Texnoloji
İnternet istifadəçilərinə xəbərdarlıq
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi ADSL-modemlərdən istifadə edərkən diqqətli olmağı tövsiyə edir.
Bu barədə Mərkəzin yaydığı məlumatda deyilir.
Evlərdə və kiçik ofislərdə modemlərin təhlükəsizliyinin təmin
olunması məqsədilə Mərkəz istifadəçilərə aşağıdakıları tövsiyə
edir:
modem sazlamalarına daxil olduğunuz zaman daxil etdiyiniz şifrəni
brauzerin yaddaşında saxlamayın; istifadə etdiyiniz veb baxış
proqramlarının (veb brauzerlərin) keşini tez-tez təmizləyin; modem
sazlamalarına daxil olduğunuz şifrəni dəyişin;
modem sazlamalarından DNS parametrlərinin
dəyişdirilib-dəyişdirilməməsini dərhal yoxlayın; modemin veb
interfeysinə girişini məhdudlaşdırın; ehtiyac olmadığı təqdirdə
uzaqdan idarəetmə vasitələrini deaktiv edin; ehtiyac olduqda isə
modemə kənardan daxil olan IP ünvanları məhdudlaşdırın.
Modemlərin təhlükəsizlik qaydalarına riayət etmədikdə böyük
problemlərlə qarşılaşa bilərsiniz. Belə ki, marşrutizatorlarda
təhlükəsizlik çatışmazlıqlarının mövcudluğu səbəbindən 2014-cü il
mart ayının əvvəlində yüz minlərlə modem hücumlara məruz qalıb.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi