AYB Paulo Koleyodan imtina etdi
Bizi izləyin

Yazarlar

AYB Paulo Koleyodan imtina etdi

“Əcnəbi yazıçılar elə-belə heç yerə getmirlər. Bu yaxınlarda AYB-nin 12-ci qurultayının keçirilməsi nəzərdə tutulur. AYB olaraq Paulo Koelyoya dəvət göndərmişdik. Məndə olan məlumata görə, təkcə onun gəlişinin qonorarı 150 min dollar idi, hələ yerdə qalan xərcləri demirəm. Ona görə də biz ondan imtina etdik. Hə hansı bir xarici yazıçının bizim ölkəyə gəlməyi Elnurun düşüncəsi ilə, Sovet təfəkkürü ilə deyil. Onlar Azərbaycanda kitabları 100 mindən yuxarı tirajla nəşr olunarsa və kommersiya uğuru qazanıb pul qazanarlarsa, bu siyasətin bir hissəsi olaraq Azərbaycana gəlib görüşlər keçirə bilərlər. Orxan Pamukun özü Azərbaycana Anarın və Çingiz Abdullayevin xüsusi tanışlığı ilə gəlmişdi. Amma bu yaxınlarda o, Gürcüstana gedəndə yazıçıya böyük məbləğdə qonorar verilmişdi. Onlar digər ölkələrə pul qazanmaq məqsədilə gedirlər”.

Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı olan “Ədəbiyyat qəzeti”nin şöbə müdiri Aydın Xan Əbilov 1937.az saytına açıqlamasında bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm