"Bəzi tərcümələrdə bölgələrə məxsus dialektlərə rast gəlirik" - Müzakirə
Bizi izləyin

Yazarlar

"Bəzi tərcümələrdə bölgələrə məxsus dialektlərə rast gəlirik" - Müzakirə

Bəzi tərcümələrdə bölgələrə məxsus dialektlərə rast gəlirik

Bəzi tərcümələrdə bölgələrə məxsus dialektlərə rast gəlirik

Elmi Araşdırmalar Mərkəzi İctimai Birliyi, Milli Düşüncə İnstitutu İctimai Birliyi, Alp nəşrləri və eqoist.net – in birgə təşkilatçılığı ilə “Müasir Azərbaycan ədəbiyyatında tərcümənin problemləri” mövzusunda müzakirə keçirib. Publika.Az-ın məlumatına görə, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Konfrans zalında keçirilən tədbirdə yazıçılar, Slavyan Universitetinin müəllimləri iştirak edib. İştirakçılar ölkəmizdə tərcümənin problemləri, bu istiqamətdə görülə biləcək işlər barədə danışıblar.

Tədbirdə çıxış edən şair Oqtay Hacımusalı 1990-cı illərdə Azərbaycan ədəbiyyatında müşahidə edilən durğunluğun tərcüməyə də təsir etdiyini deyib:

“Həmin dövrdə tərcümələr daha çox fərdi qaydada aparılırdı. Bu fərdi tərcümələr isə tərcümə ədəbiyyatını tənəzzüldən xilas etdi. Bu gün ölkədə tərcümə işi ilə məşğul olan nəşriyyatlar var. Lakin onlar daha çox iki və üçüncü dillərdən tərcümələr edirlər. Bundan başqa, tərcümələrin əsas problemi redaktədir. Bu sahədə də qüsurlar çoxdur. Həmçinin yazıçı, naşir və bazar münasibətləri də formalaşmayıb. Tərcüməçilər həm də tərcümə etdikləri dilin spesifikasını bilməlidirlər. Amma bu istiqamətdəki problemlər tərcüməçilərin gəlirlərinin aşağı olmasından da irəli gəlir”.

Bakı Slavyan Universitetinin Tərcümə kafedrasının dekanı Kamran Hacıyev tərcümə işi ilə bağlı gördükləri işlərdən danışdı. Bildirdi ki, BSU-da Tərcümə işi ilə bağlı elmi tədqiqat laboratoriyası, tərcümə şöbəsi, tərcümə fakültəsi yaradılıb. Bu istiqamətdə tələbələr yetişdirilir.

“Rektor Kamal Abdullanın səyi nəticəsində tərcümə laboratoriyasında “Filoloqun laboratoriyası 100” adlı layihə həyata keçirilir. Bu laboratoriyada əsərlərin əksəriyyəti orijinaldan tərcümə edilir”.

“Milli Düşüncə İnstitutu” İctimai Birliyinin sədri, ekspert Tariyel Faziloğlu bildirdi ki, Sovet dövründə tərcümə ilə məşğul olan peşəkar mərkəzlər olub. Həmin mərkəzlərdə çalışan şəxslərin işlərinə məsuliyyəti var idi:

“İndi isə nəşriyyatlar sadəcə, bazara tərcümə ədəbiyyatı çıxartmaq marağındadır. Bu kitabların bir çoxunda ədəbi qaydalar qorunmur, hətta ləhcə ilə tərcümə edilir, kitablarda müəyyən dialektlərə məxsus sözlərə rast gəlirik.Həmçinin bir neçə il əvvəl tərcümə edilmiş kitablar yenidən tərcümə edilir, üstəlik onlar çox qüsurlu olur”.

Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin dekanı Kamran Hacıyev son illərdə universitetdə tərcümə sahəsində görülən işlər haqda ətraflı məlumat verdi.

Bildirdi ki , Bakı Slavyan Universitetində edilərn tərcümələrdə daha çox birinci dildən tərcüməyə üstünlük verilik. Verilən sualları cavablandıran Kamran müəllim bildirdi ki, nəzəri cəhətdən referativ tərcümə daha çox publisistik yazılar üçün xarakterikdi və bədii tərcümədə yolverilməzdi. Ədəbiyatda senzura məsələsinə də toxunan Kamran məllim bildirdi ki, Sovetlər dövründə bədii ədəbiyyatda senzura daha çox o zaman tətbiq olunurdu ki, əsər xalqların mental dəyərlərinə uyğun gəlmirdi.

Bakı Slavyan Universitetinin professoru, “Mütərcim” jurnalının direktoru Telman Vəlixanlı da çıxışında son illərdə bədii tərcüməyə olunan dövlət qayğısından və həyata keçirilən layihələrdən danışdı. Problemin daha çox kitab bazarının genişlənməsində olduğunu və bu sahəyə də dəstək verilməsinin vacibliyini vurğuladı. Senzuranınsa daha çox nəşriyyat daxilində olmasının səmərəli olacağını qeyd etdi.

Bakı Slavyan Universitetinin professoru Flora Naci bildirdi ki, tərcüməçi hər iki dili mükəmməl bilməlidi və daha yaxşı olardı ki, tərcüməçilər sahələr üzrə ixtisaslaşsın. Natiq eyni zamanda tərcümə mərkəzinin vacibliyini qeyd edərək bildirdi ki, “tərcüməçilər bir-birindən xəbərsiz eyni əsəri tərcümə edirlər və bu da ciddi problem yaradır. Yaxşı olardı ki, tərcüməçilər hansısa mərkəzdən bu haqda məlumat ala bilsinlər”.

Milli Düşüncə İnistitutunun direktoru, psixoloq Taryel Faziloğlu çıxışında ədəbiyyatın bədii silah olduğunu və senzuranın mütləq vacibliyini vurğuladı.

Araşdırmaçı Nöyzalı Əliyev müəllifin razı salınmasının və tərcümənin nəzarətə götürülməsinin əsas şərt olduğunu bildirdi.

Bakı Slavyan Universitetinin “Tərcümə Problemləri elmi-tədqiqat Laboratoriyası”nın əməkdaşı Leyla Əliyeva bildirdi ki hazırda 100 cildlik “Azərbacan tərcümə ensiklopediyası” üzərində iş gedir. Leyla xanım onu da bildirdi ki, tərcümə ədəbiyyatının mükəmməlliyini tamamlayan əsas vasitələrdən biri də redaktə məsələsidi. Nəşriyyatlar bu məsələyə diqqətli yanaşmalıdırlar.

Bakı Slavyan Universitetinin “Tərcümə Nəzəriyyəsi və Praktikası Kafedrası”nın müdiri Səbinə Tariverdiyeva bu günkü kitab bazarını ictimai və bazar sifarişinin formalaşdırdığını bildirdi. Ədəbiyyatda daha çox rastlaşdığımız müstəlif şivələrlə tərcümə məsələsinə toxunan Səbinə xanım əsərin bədiiliyini qorumaq baxımından tərcümə ədəbiyyatında bir dilin müxtəlif şivələrindən istifadəyə yol verilə bildiyini bildirdi.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm