Nida.az
Separatçı rejim Qarabağın adından “viza” paylayır – ŞOK FAKTLAR – FOTOLAR
Dağlıq Qarabağ ərazisindəki separatçı rejim düşdüyü iqtisadi böhrandan çıxış yolunu indi də Azərbaycanın erməni işğalı altında olan ərazilərinə qeyri-qanuni turist cəlb etməkdə görür.
İşğalçı Ermənistan hakimiyyəti və separatçı rejim Qarabağa turist cəlb etmək üçün hazırladığı qondarma “viza”nın qiymətini hətta çox cüzi qiymətə endirib. Baxmayaraq ki, bu hal beynəlxalq hüququn əsas prinsiplərinin pozulması ilə yanaşı yerli qanunvericiliyə də ziddir.
Ümumiyyətlə, Azərbaycan Respublikası ilə vizasız gediş-gəliş icazəsi olmayan bütün ölkələrin vətəndaşları ölkəmizə gələndə viza almalıdırlar. Bu, Azərbaycanın bütün əraziləri üçün, eləcədə işğalda olan ərazilərimiz üçün keçərlidir. Ermənistanın Dağlıq Qarabağa viza verməsi isə Azərbaycan suverenliyinə qəsddir.
Ancaq bütün bunları işğalçı Ermənistan hakimiyyəti dünyanın gözü önündə qəti çəkinmədən edir. İndi Ermənistan hakimiyyəti işğal etdiyi Azərbaycan torpağı olan Dağlıq Qarabağa qanunsuz şəkildə turist cəlb etmək üçün cəmi 4 avroya “viza” təklif edir.
Publika.az internetdə kiçik bir araşdırma aparıb. Araşdırma zamanı məlum olub ki, separatçı və işğalçı rejim tərəfindən hazırlanmış Qarabağa aid “viza”lar bir çox xarici ölkə vətəndaşlarına təqdim olunub. Maraqlıdır ki, həmin şəxslər haqqında bir çox məlumatlar da internetdə yerləşdirilib. Ona görə də Azərbaycanın Xarici İşlər Nazirliyi separatçı rejimdən “viza” almış həmin şəxslərin adlarını öz “qara siyahısına” salmaqda elə də çətinlik çəkməyəcək.
Həmin fotoları təqdim edirik.
Vasif Həsənli
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq