İdman
İkiqat dünya çempionu savaşa hazırlaşır - VİDEO
Martın 22-26-da Türkiyənin Ankara şəhərində “K1” üzrə dünya çempionatı keçiriləcək. Ölkəmizi təmsil edəcək idmançılardan biri də ikiqat dünya çempionu Elçin Hüseynovdur. O 3-cü dəfə dünya çempionu olmaq üçün Türkiyəyə yola düşəcək.
Publika.Az-a danışan idmançı ilk olaraq turnirə hazırlıqlarından söhbət açdı:
- Öncə turnir haqqında danışardınız, nə vaxt yola düşəcəksiniz?
- İlk olaraq onu bildirim ki, biz Dünya Çempionatına Azərbaycan Budo Döyüş Növləri Federasiyasının prezidenti Faiq Rəfiyevin rəhbərliyi ilə gedirik. Martın 21-də yola düşəcəyik. Məndən əlavə bir neçə idmançı da gedir. Belə deyərdim, mən bu yarışda 3-cü dəfə özümü dünya çempionu kimi sübut edəcəm.
- Bu yarışa sizi kim hazırlayır?
- Yarışa Neftçi idman sağlamlıq Mərkəzində kikboksinq üzrə yığma komandanın baş məşqçisi Ehram Məcidovla hazırlaşıram. Ehram müəlimlə davamlı məşqlərdə olmuşam.
- Deyirsiniz 3-cü dəfə özümü sübut etmək istəyirəm...
- Bəli, hədəfim qələbədir. Türkiyəyə qələbə üçün gedirəm. İnşallah 3-cü dəfə Dünya çempionu olaram, qızıl medalı Azərbaycana gətirərəm.
- Rəqibləriniz barədə nə deyərdiniz?
- Bilirəm ki, güclü rəqiblərimiz olacaq. Çünki hər kəs bu yarışa yaxşı hazırlaşıb. Onlar da qələbə qazanmaq istəyir. Asan rəqib yoxdur. Gözəl hazırlığın qarşısında gözəl nəticə vermək olar.
- Bu yarışa getmək üçün sizə kim dəstək olub?
- Mənə dünya çempionatına hazırlaşmaqda dəstək olan hər kəsə təşəkkür edirəm. Sizin sayt vasitəsi ilə beynəlxalq dərəcəli idman ustası, dəfələrlə dünya, Avropa çempionu, peşəkar döyüşçü Zaur Məmmədraqimov çox sağ ol deyirəm. Zaur Məmmədraqimov mənə yarışa hazırlaşarkən böyük dayaq oldu. Əsas da İNTEGRAL şirkətinin rəhbəri Oktay Qurbanova minnətdaram. Oktay Qurbanov mənə böyük dəstək verdi.
Qeyd edək ki , Elçin Hüseynov 2 qat Dünya çempionu, Dünya Kubokunun qalibidir. Bundan əlavə o, Dünya çempionatının gümüş və bürünc mükafatçısı, Asiya çempionudur.
Həmçinin, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq Turnirin mükafatçısı, Azərbaycan çempionudur.
Aygün İlqarqızı
)
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq