Tovuzda ağır qəza: 2 ölü
Bizi izləyin

Hadisə

Tovuzda ağır qəza: 2 ölü

Tovuzda baş verən yol qəzasında sürücü və sərnişin hadisə yerində vəfat ediblər.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Tovuz rayonu ərazisində “KAMAZ” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş vermişdir.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, minik avtomobilin sürücüsü və sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmişlər. Yanğınsöndürən-xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyitləri çıxarmış və aidiyyətı üzrə təhvil vermişlər.

Əməliyyat saat 02:39-da başa çatmışdır;

Oxumağa davam et
Reklam
Reklam

Gündəm