Nida.az
Əfsanəvi əfqan generalı: “İŞİD-in Azərbaycanla bağlı planları var”
“İŞİD-in Qafqaz və Azərbaycanla bağlı da planları var”.
Publika.az xəbər verir ki, bu barədə Əfqanıstanın
vitse-prezidenti, general Əbdürrəşid Dostum “Anadolu” agentliyinə
müsahibəsində deyib.
Onun sözlərinə görə, Taliban və İŞİD sadəcə Əfqanıstan üçün
fəaliyyət göstərmir: “Terror təşkilatı Orta Asiya və dünya üçün
təhlükəlidir. İŞİD Özbəkistan, Türkmənistan, Azərbaycan,
Qırğızıstan, hətta Qafqaza qədər planları var. Suriya və İraqda
törətdiklərinin eynisini burada da həyata keçirmək istəyirlər”.
Ə. Dostum İŞİD-in Taliban və Əl-Qaidədən daha təhlükəli təşkilata
çevriləcəyini bildirib.
“Müharibə istəmirik. Mən 40 ildir bu müharibənin içindəyəm. 22
yaşından dağlara çıxaraq savaşdım və komandir oldum. Bundan sonra
da 40 il savaşa bilərik, lakin heç kim bundan heç nə qazanmayacaq.
Siyasi müzakirələr olmalı və masa arxasında oturub danışmalıyıq”, -
deyə o bildirib.
Əfqanıstanlı general illərdir ölkəsinin türkləri üçün mübarizə
apardığını diqqətə çatdırıb: “Türk sözü Əfqanıstanda da bəziləri
tərəfindən qəbul olunmur. Mən istəyirəm ki, Əfqanıstanda yaşayan
türkmanlar və özbəklər türk deyə qəbul olunsun. Türkiyədən
istəyimiz Əfqanıstanda məktəb və xəstəxanalar inşa etməsidir.
Əfqanıstan gəncləri çox geri qalıblar. Bəzi şəhərlərdə məktəb belə
yoxdur. Türkiyənin Əfqanıstan türklərinə kömək etməsini
istəyirik”.
Qeyd edək ki, atası özbək əsilli olan general Ə. Dostumun anası
türkmandır.
Asif Nərimanlı
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO