Qadın
Qaşlarını tez-tez qaldıranlarla bağlı maraqlı fakt üzə çıxdı
Türkiyəli estetik cərrah Akın Yücel gözətrafı estetik əməliyyatla bağlı xanımları maraqlandıran məlumatlar verib. Publika.az Akın Yücelin həmin fikirlərini təqdim edir:
Göz ətrafında yaranmış yaşlılıq əlamətlərini gizləmək çox çətindir. Buna görə də xanımların estetik cərrahlara daha çox gözətrafı problemlərlə müraciət etməsi təəccüblü deyil.
Otuz yaşından sonra göz qapaqlarında sallanmalar olur, alt qapaqlarda torbalar əmələ gəlir. Göz kənarlarına isə “qaz ayağı” deyilən qırışlar düşür. Bütün bu dəri problemləri isə üzün solğun və daim yorğun görünməsinə yol açır. Daim qaşlarını qaldıraraq danışan xanımlarda alın xətləri dərinləşir, üstəlik, günün sonunda baş ağrıları şiddətlənir.
Üst qapaqlardakı dəri yığılması xəstənin gözünü tam açmasını və görmə qabiliyyətini çətinləşdirir. Bu kimi problemləri aradan qaldırmaq üçün alın və gicgahları, qaşları qaldırma əməliyyatları, yuxarı göz qapağı əməliyyatları (üst göz qapağında plastik əməliyyat), aşağı göz qapağı əməliyyatları edilir.
Estetik cərrahın sözlərinə görə, üz gəncləşdirmə əməliyyatlarında qaşların həddindən artıq qaldırılması üzdə qəribə heyrət ifadəsi yaradır. Bu səbəbdən əməliyyatdan əvvəl xəstənin gənclik fotoşəkillərini istəyərək qaş-göz məsafəsini müəyyənləşdirmək lazımdır. Yalnız bundan sonra həkim əməliyyatın uğurlu nətəcələnəcəyinə zəmanət verə bilər.
Aytən
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO