Müsavatçı xanım: “Daxili İşlər Nazirliyinə müraciət etmişəm” - Açıqlama
Bizi izləyin

Qırmızı.az

Müsavatçı xanım: “Daxili İşlər Nazirliyinə müraciət etmişəm” - Açıqlama

Müsavat Partiyası Məclisinin üzvü Kəmalə Bəhlulova onun haqqında sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirib.

Publika.az-a açıqlamasında Məclis üzvü yayılan xəbərlərin yalan olduğunu bildirib: “Guya məni kimlərinsə iş yerlərinə və polisə şikayət etməyə təhrik ediblər. Gülünc sözlərdir. Mənim kifayət qədər yaşım var, məni kim təhrik edə bilər? Bu barədə ümumiyyətlə danışmaq istəmirəm”.


K. Bəhlulova qeyd edib ki, sosial şəbəkələrdə bir neçə nəfər onun ünvanına mütəmadi olaraq təhqirlər yazır: “Bu adamları bloka atsam da, mənim tanışlarım, qohumlarım bu haldan çox hiddətlənib və onlarla görüşüb məsələni araşdırmaq istəyiblər. Mən buna razı olmadım. Şəxsən özüm bu adamlar haqqında onların iş yerlərinə, yaşadıqları ərazilərin polis bölmələrinə şikayət ərizələri yazmışam”.


K. Bəhlulova əlavə edib ki, bu şikayətlərdən sonra da bəziləri ona qarşı şər-böhtanlarını dayandırmadıqları üçün Daxili İşlər Nazirliyi və məhkəməyə müraciət edəcək.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm