Nida.az
Aynur Camalqızı: “Bilirdik ki, belə bir addım atılacaq”
Prezident İlham Əliyevin sərəncamı ilə İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Prezident tərəfindən göstərilən etimada görə, ölkə rəhbərinə öz təşəkkürünü bildirən yeni başçı deyib ki, bu məsuliyyətli vəzifəyə təyin edilməsi cənab İlham Əliyevin qadınlara verdiyi diqqət və qayğının təcəssümüdür:
"Ölkə başçısı bu məsuliyyətli vəzifəyə məni təyin etdiyi üçün bütün qadınlar adından ona təşəkkürümü bildirirəm. Çalışacağam ki, prezidentimizin mənə göstərmiş olduğu etimadı bacarığımla, var-qüvvəmlə doğruldum”. Məlumat üçün deyək ki, İ.Gülməmmədova buna qədər Abşeron merinin birinci müavini vəzifəsində çalışıb. Xatırladaq ki, bu günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov da MR-nin mədəniyyət və turizm naziri postunu Natəvan Qədimovaya həvalə edib.
Ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən qadınların hakimiyyət orqanlarında, icraedici strukturlarda önə çəkilməsini yüksək qiymətləndirən "Gündəlik Teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızı "Şərq”ə verdiyi açıqlamada deyib ki, bu qərar dövlət başçısının Azərbaycan qadınına verdiyi böyük önəmin və etimadın göstəricisidir: "Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyinə qadın məmurun təyin olunmasını çox yüksək qiymətləndirirəm. Şübhə etmirəm ki, bu, davamedici proses olacaq və qanunverici orqanlarda olduğu kimi icraedici orqanlarda da Azərbaycan xanımlarını yüksək vəzifələrdə görəcəyik. Bunu gözləyirdik, bilirdik ki, belə bir addım atılacaq, bu qədər tez atılması sevindiricidir. Əminəm ki, icraedici orqanlarda, siyasi qərarların qəbulu prosesində qadınların iştirakı Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və Azərbaycanın bir dövlət olaraq intensiv inkişafı baxımından çox uzaqgörən və müdrik addım olacaq. Eyni zamanda bu qərar Azərbaycan qadınlarını ruhlandırmalıdır ki, onlar da kişilərlə bərabər ən yüksək vəzifələrdə çalışa, dövlətə xidmət göstərə bilərlər”.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi