Firəngiz Mütəllimova: “Çalışıram, özümə camaatı güldürməyim”
Bizi izləyin

Magazin1

Firəngiz Mütəllimova: “Çalışıram, özümə camaatı güldürməyim”

Xalq artisti Firəngiz Mütəllimova geyimə olan həvəsindən danışıb. Aktrisa bildirib ki, geyim seçərkən ona yaraşana üstünlük verir. Bu dəbdir deyib, nə gəldi almır.

Publika.az-a açıqlamasında o, daha çox nəvələrinə pal-paltar almağı sevdiyini bildirib: “Bilirsiniz ki, ilin əksər hissəsini Türkiyədə keçirirəm. Ora müayinələrimlə əlaqədar gedib-gəlirəm. Alış-veriş üçün ən yaxşı məkanlardan biri də Türkiyədir. Orada isə özümdən çox uşaqlar üçün alış-veriş edirəm. Şükür Allaha, zövqüm də var. Nəyi necə geyinmək lazım olduğunu çox yaxşı bilirəm. Öz stilimi, qüsurlarımı, əyər-əskiklərimi də bilirəm. Çalışıram, özümə camaatı güldürməyim. Geyərkən yaşı nəzərə almaq lazımdır. Ürəyi istəyəni geyinmək olar. Ancaq yaş çərçivəsində. Nə olursa-olsun, Azərbaycan xalqını nəzərə almaq lazımdır. Bu istər səhnədə, istər toyda, istərsə də yasda olsun. Bu səbəbdən çox şey almıram. Mənə lazım olan şeyləri alıram. Elə olar ki, lazım olan bir şeyi günlərlə axtararam. Tapsam, alıram. Tapmasam, başqasını almıram”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm