Suriyanı Xəzərdən o bombaladı – FOTO/VİDEO
Bizi izləyin

Digər

Suriyanı Xəzərdən o bombaladı – FOTO/VİDEO

Xəzər donanmasının 4 gəmisi “İslam Dövləti” (İŞİD) terror təşkilatının 11 hədəfinə 26 ədəd “Kalibr” qanadlı raketi buraxıb.

Hədəflərə zərbələr endirən gəmilər arasında “Dağıstan” raket gəmisi də var.

Onun komandiri, əslən azərbaycanlı olan II dərəcəli kapitan Vüsal Miriyevdir.

Virtualaz.org bildirir ki, Vüsal Miriyev 1978-ci ilin avqust ayının 27-də Azərbaycanın Səfikürd kəndində anadan olub.

1996-cı ildən Rusiya silahlı qüvvələri sıralarında xidmət edir.

F.F.Uşakov adına Baltik Hərbi-Dəniz İnstitutunu bitirdikdən sonra onun təyinatı Xəzər donanmasına verilib. Burada o, 2002-ci ildən 2005-ci ilə qədər raket katerinin komandirinin yardımçısı olub, 2005-ci ildən 2010-cu ilə qədər isə raket katerinin komandiri olub. 2010-cu ildən Miriyev “Tatarıstan” keşikçi gəmisinin komandiri, daha sonra isə “Dağıstan” raket gəmisinin komandiri təyin edilib.

2013-cü ilin avqust ayının 13-də gəmiyə Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev təşrif buyurub.

Komandir Vüsal Miriyev dövlət başçılarına məhz o zaman təqdim edilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm