Mətbəx
Pendirli brokkoli şorbası
Bayırda əsl şorba havasıdır. Bu havada şorba içməkdən gözəl nə ola bilər?
Axşam yeməyində sizə təqdim etdiyimiz bu şorbanı sınaqdan keçirin.
Publika.az payız mövsümünün ən dadlı şorbasını sizə təqdim edir:
Tərkibi:
3 xörək qaşığı un
1 xörək qaşığı kərə yağı
3 stəkan süd
2 stəkan toyuq suyu
2 ədəd brokkoli
2 diş sarımsaq
1 stəkan çedder pendiri
1 ədəd soğan
Yarım stəkan krem
Kəklikotu, duz, istiot
Hazırlanması:
Kərə yağını əridin. Unu həmin yağda qovurun. Brokkolini, soğanı, sarımsağı doğrayıb süd, krem və toyuq suyu ilə birlikdə qazana töküb bişirin. Suyu çəkilənə yaxın duzu, istiotu, kəklikotunu da əlavə edin. Blenderdən keçirin. Üzərinə rəndələnmiş çedder pendiri səpib süfrəyə verin.
Nuş olsun!
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO