Sağlamlıq
Həftədə 3 saat yeriməyin beyinə inanılmaz faydası
Araşdırmalar həftədə cəmi 3 saat yeriməyin və ya idmanla məşğul olmağın beyinə inanılmaz faydasını ortaya çıxarıb.
Belə ki həftənin 3 saatını idmana sərf etmək 40 yaşdan sonra müşahidə edilən beyin kiçilməsinin qarşısını alır, parkinson xəstəliyinə yaxalanmaq riskini xeyli dərəcədə azaldır. Alimlər idmanla məşğul olanların beyin hüceyrələrinin daha gec yaşlandığını vurğulayırlar. Onların sözlərinə görə, idman beyinə daha çox qan getməsini təmin edir və beləliklə, sinir hüceyrələrinin sayını artırır.
İdman edərkən beyinə normaldan daha çox oksigen gedir, bu da onun fəaliyyətini gücləndirir.
Yüngül idman hərəkətləri edən 60 yaşdan yuxarı insanlarda beyinlə bağlı xəstəliklərin daha tez müalicə edildiyi sübuta yetirilib.
Alimlər əvvəllər beyinə zehni əmək tələb edən işlərin yaxşı təsir etdiyini iddia edirdisə, indi fərqli düşünürlər. Məsələn, bir neçə il əvvəl, sadəcə, zehni əmək tələb edən krossvord, məntiq testləri, riyazi məsələlər həll etməyin, tapmacalar üzərində düşünməyin və ya yaddaş tələb edən oyunların zehni qabiliyyəti artırdığı və alzaymerin qarşısını aldığı zənn edilirdi. Ancaq son illər yüngül idman hərəkətlərinin də zehni fəaliyyətə güclü şəkildə təsir etdiyi və beyinlə bağlı xəstəliklərə müsbət təsiri elmi təsdiqini tapıb.
Tabloid
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO