24 yaşlı model: “Bir dilim pizza üçün ruhumu belə sataram” - FOTOLAR
Bizi izləyin

Layihə

24 yaşlı model: “Bir dilim pizza üçün ruhumu belə sataram” - FOTOLAR

Bu il "Victoria’s Secret"in şousunda yeni bir "mələk"lə tanış olduq. Portuqaliyalı model Sara Sampayo ilk dəfə iştirak etdiyi şouda gözəlliyi ilə hər kəsi özünə heyran qoydu. 24 yaşlı model jurnallardan birinə verdiyi müsahibədə şouya necə hazırlaşmasından və 1 dilim pizza üçün edə biləcəyi fədakarlıqlardan danışıb.

Publika.az modelin qısa müsahibəsini təqdim edir:

- Eşitdim ki, model olmağı məhz bu şouda iştirak edə bilmək üçün istəmisən?

- Bəli, doğrudur. Şou mənə xoşbəxtlik və həyəcan verdi.

-Bəs stress keçirmədin?

- Hər işdə stress var. Bu işi görürsənsə, qaydalara əməl etməlisən. Həyatı öz axarına buraxıb yaşamaq istəyənlər üçün bu, işgəncəyə çevrilə bilər.

- Bəs sənin üçün çətin deyil?
- Çətindir. Heç kim inciməsin, amma model olduğum üçün hər səhər bir ovuc meyvə, qatıq və avokado yeməyəcəm. Bəzən səhər yeməyimdə böyük bir dilim pizza olur. Tərəvəzli pizzadan danışmıram, sosisli, kolbasalı, hər tərəfindən pendir axan pizza yeyirəm. Həmin daddan vaz keçməyim mümkün deyil. Bir dilim pizza üçün ruhumu belə sataram.

- Xəyalına qovuşdun, şouda iştirak edə bildin. Bunu qeyd edəcəksən?

- Ən sevdiyim pizzanı yeyərək qeyd edəcəyəm. Pizzamla baş-başa olacağıq.

-"Mələk" olmaq model üçün nə ifadə edir?

- Bir aktrisa "Oscar"a layiq görüləndə nə hiss edirsə, biz də onu hiss edirik. Həyatım boyu bunun xəyalını qurmuşam. O səhnəyə çıxa bilmək üçün çox işləmişəm.

-İşləmək deyəndə idman edib, pəhriz saxlamağı nəzərdə tutursan?

- Yox. Özümə hərtərəfli baxmağı, qulluq etməyi nəzərdə tuturam. Yaxşı yaşamaq, oxumaq, yaxşı yerimək, yaxşı sevişmək... Gözəllik, sadəcə, bədənin ölçüsündə deyil. Amma məhz bu şouya necə hazırlaşdığımla maraqlanırsansa, deyim. Şouya 10 gün qalmış karbonhidratlı, şəkərli qidaları menyumdan çıxardım. Sadəcə, zülallı qidalar yedim. Hər gün pilateslə məşğul oldum. Fitness ustası Castin Qilbend ilə işlədim.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm