Monika Belluççi gənc oğlanla...
Bizi izləyin

Magazin2

Monika Belluççi gənc oğlanla...

Aktrisa hesab edir ki,sevgidə əsas münasibətdir. Yaşın isə heç bir önəmi yoxdur.

Publika.az xəbər verir ki, Belluççi tipik qadın səhvlərini təkrarlamayacağını bildirib.

“Guya yaşlı qadın gənc oğlanı sevə bilməz. Bu, çox axmaq fikirdir. Belə bir şeyə görə, narahat olmağa dəyməz. Əlli yaşın varsa, deməli, tək qalmalısan? Müasir dövrdə hər şey fərqlidir”.

Dünya şöhrətli aktrisa yaşlı qadınların gənc oğlanlarla sevgi yaşamasına yaxşı baxır.

“Cazibədarlıq, sevgi yaş tanımır. Əgər sevdiyin kişi yaşca kiçikdirsə, buna görə utanmağa dəyməz. Bu, təbiətin qanunudur. Xanımlar gənc olanda yaşlı kişilərə meyl edir. Onlar təcrübəli kişi axtarır. 20-30 yaşlı gənc oğlanları da öz yaşıdları deyil, müdrik qadınlar cəlb edir. Buna görə, burada utanmalı bir şey yoxdur”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm