Fransa prezidenti: "Putini inandıracam ki..."
Bizi izləyin

Dünya

Fransa prezidenti: "Putini inandıracam ki..."

Fransa Prezidenti Fransua Olland Moskvaya səfəri ərəfəsində İŞİD-ə qarşı mübarizədə bütün ölkələrin əməkdaşlığının zəruriliyindən danışıb.

Axar.az CBS-ə istinadən xəbər verir ki, Almaniya kansleri Angela Merkellə görüşü zamanı Olland bu fikirlərini Prezident Putinə də çatdıracağını elan edib:

“Mən Moskvada Prezident Putinlə görüşəndə bu fikirlərimi ona da çatdıracağam. Putini inandıracam ki, İŞİD-ə qarşı mübarizədə biz hamımız öz gücümüzü birləşdirməliyik”.

Xatırladaq ki, rəsmi Kreml daha öncə noyabrın 26-da Vladimir Putinlə Fransua Ollandın görüşəcəyini və terrorizmə qarşı mübarizə fəaliyyətini müzakirə edəcəyini açıqlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm