Kökəlməyinizin səbəbi D vitamini ola bilər – Mütləq oxuyun!
Bizi izləyin

Sağlamlıq

Kökəlməyinizin səbəbi D vitamini ola bilər – Mütləq oxuyun!

Kökəlməyinizin səbəbi D vitamini çatışmazlığı ola bilərmi? Bəs bu vitaminlə zəngin qidalar hansılardır?

Suallarınızın cavabını Publika.az-da tapacaqsınız.

D vitamini orqanizmin kalsiumdan daha yaxşı istifadə etməsinə şərait yaradır. Ona görə də, bu vitamin sağlamlıq üçün çox əhəmiyyətlidir. Xüsusilə də, günəşi nadir hallarda gördüyümüz qış mövsümündə D vitamini ilə zəngin qidalar yemək vacibdir.

D vitamini çatışmazlığı kökəlməyə səbəb olur?

Araşdırmalar D vitamini çatışmazlığı ilə artıq çəki arasında əlaqə olduğunu sübut edir. Diyetoloqların sözlərinə görə, D vitaminin ən önəmli xüsusiyyətlərindən biri qarın bölgəsinin yağlanmasına mane olmasıdır.

Bu vitamin maddələr mübadiləsini sürətləndirdiyi üçün arıqlamağa kömək edir. Orqanizmində kifayət qədər D vitamini olan insanlar daha tez doyduqlarını hiss edirlər. D vitamini çatışmazlığı zamanı isə doyma siqnalı beyinə gec çatır.

Hansı qidalarda D vitamini var?

Diyetoloqlar bildirirlər ki, D vitamini ilə ən zəngin qidalar yağlı balıqlardır. Qızıl balıq, sardaliya balığı bu baxımdan ən çox tövsiyə edilən qidalardır. Bunlardan başqa, pendir, yumurta, süd və kərəyağı da D vitamini ehtiva edir.

D vitamini çatışmazlığının qarşısını almaq üçün bunları yeyin!

Yağlı balıq (konservləşdirilmiş balıq yeyə bilərsiniz)

Göbələk

Süd məhsulları

Soya südü

Yumurtanın sarısı

Qeyd edək ki, yetkin insanın gündəlik D vitamini ehtiyacı 10 mikroqramdır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm