Mövlud Çavuşoğlu Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Bizi izləyin

Nida.az

Mövlud Çavuşoğlu Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

"Report" xəbər verir ki, Mövlud Çavuşoğlu Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub. Daha sonra o, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.

Türkiyənin xarici işlər naziri, həmçinin Şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub. Daha sonra Ə.Davudoğlu 1918-ci ildə Bakının daşnaklardan azad olunması uğrunda mübarizədə həlak olan türk əsgərlərinin abidəsinə baş çəkib və əklil qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm