Problem düzəldi: məhsullarımız buraxıldı - RƏSMİ
Bizi izləyin

Qırmızı.az

Problem düzəldi: məhsullarımız buraxıldı - RƏSMİ

Azərbaycandan Rusiyaya aparılan kənd təsərrüfatı məhsullarının Dağıstanın Dərbənd şəhərinin dəmiryol deposundan daşınması ilə bağlı yaranmış problem aradan qaldırılıb.

Kənd Təsərrüfatı Nazirliyindən Publika.az-a verilən məlumata görə, noyabrın 26-da iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov və kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları Dağıstan Respublikasında işgüzar səfərdə olublar.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti Dağıstan Respublikasının baş naziri ilə görüşüb, yükdaşımalarda yaranmış problemlər müzakirə edilib. Azərbaycan nümayəndə heyəti Dərbənd dəmiryol deposunda saxlanılan yüklərə baxış keçirib.
Artıq depoda saxlanılan 180 vaqonun 120-dən kənd təsərrüfatı məhsulları yükdaşıyan maşınlara yüklənərək Rusiyanın müxtəlif bölgələrinə yola salınıb.

Depoda qalan digər vaqonlardan yüklərin boşaldılması və daşınması intensiv olaraq davam etdirilir.

GÜLXAR

Oxumağa davam et
Reklam
Reklam

Gündəm