Sumqayıtın sərnişin stansiyası belə olacaq - FOTO
Bizi izləyin

Qırmızı.az

Sumqayıtın sərnişin stansiyası belə olacaq - FOTO

Sumqayıt sərnişin stansiyasının yeni inzibati binası ikimərtəbəli olacaq.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Publika.az-a verilən məlumata görə, sahəsi 10 min kvadratmetr olan beşmərtəbəli Sumqayıt sərnişin stansiyasının binası yararsız halda olduğu üçün sökülüb, yerində yeni inzibati binanın tikintisinə başlanıb.

Yeni tikiləcək bina müasir üslubda olacaq. Burada çalışan dəmiryolçular üçün hər cür şərait yaradılacaq. Artıq binanın özülü tökülüb.

İlkin olaraq, hərəkətin ahəngdarlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə işarəvermə və rabitə avadanlıqları binası tikilib. Hazırda bu otaqlarda tamamlama işləri aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm