Rusiya HHQ Türkiyəni hədələdi: "Qisas alınacaq"
Bizi izləyin

Dünya

Rusiya HHQ Türkiyəni hədələdi: "Qisas alınacaq"

Su-24 təyyarəsinin vurulması bizə edilən xəyanətdir. Pilot Oleq Peşkovun ölümündə günahkar olan hər kəs mütləq cəzalandırılacaq.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Hava Qüvvələri komandanı Viktor Bondarev ölən pilotun cənazəsini qarşılayan zaman deyib.

“Oleq Peşkovun cənazəsi Rusiya torpaqlarına gətirildi. O, gələcək nəsillərə daim nümunə olacaq. Xain hücum nəticəsində görkəmli pilotumuzu itirdik. Biz hərbi vəzifəmizi sonuna qədər yerinə yetirəcəyik. Düşmənə layiqli cəzanı verəcəyik”, - Bondarev bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm