Nardaranda təhlükəsizlik tədbirləri gücləndirildi
Bizi izləyin

Hadisə

Nardaranda təhlükəsizlik tədbirləri gücləndirildi

Bu gün səhər saat 5 radələrindən etirbarən hüquq-mühafizə orqanları Nardaran qəsəbəsində təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb.

APA-nın məlumatına görə, Sabunçu körpüsündən Zabrat-Maştağa-Nardaran istiqamətində avtomobillərin hərəkəti birtərəfli dayandırılıb.

Nardaran ətrafına xüsusi texnika cəlb olunub.

Metronun "Koroğlu" stansiyasında da təhlükəsizlik tədbirləri gücləndirilib, vətəndaşlar polis tərəfindən ciddi şəkildə yoxlanılır.

Hüquq-mühafizə orqanlarının məsələ ilə bağlı əlavə məlumat yayacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm