Nazir: “Atıcılıq Mərkəzində də mərasimlər keçirmək üçün gözəl şərait var”
Bizi izləyin

İdman

Nazir: “Atıcılıq Mərkəzində də mərasimlər keçirmək üçün gözəl şərait var”

"Bakı Olimpiya Stadionunda mərasimlərin təşkili ilə bağlı qərar stadionun pul qazanması üçün bir imkandır və xərclərini ödəmək baxımından mühümdür". Bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Publika.az xəbər verir ki, nazir dünya təcrübəsində də belə halların olduğunu deyərək, təkcə Olimpiya Stadionunda deyil, Bakı Atıcılıq Mərkəzində də mərasimlərin təşkili üçün gözəl şərait olduğunu vurğulayıb:

"Burada ad günləri, mərasimlər keçirmək üçün istənilən şərait var. Şəxsən mən İspaniyanın Madrid şəhərindəki stadionda olanda belə tədbirlərin keçirilməsinin şahidi olmuşam".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm